Ziraat Bank Azərbaycandan Yaşıl Avto Kreditiilə təbiətsevər addım!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daima müştərilərinə geniş məhsul çeşidləri təqdim edənZiraat Bank Azərbaycan,bu dəfə də avtomobil almaq istəyən müştərilərini sevindirdi. Bank, ətraf mühiti qoruyaraq, təbiətə heç bir qalıq yanacaq buraxmadan və karbon emissiyası olmadan fəaliyyət göstərən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığının asanlaşdırılması məqsədi ilə yaradılanYaşıl Avto Kredit məhsulunu təqdim edib.
Yaşıl Avto Kredit məhsulu ilə Ziraat Bank Azərbaycan, bərpa olunan enerji baxımından təbiət dostu olan Elektrik və Hibrid mühərrikli avtomobillərin alışının təşviqini nəzərdə tutub. Həm təbiətin qorunmasına qayğı ilə yanaşan, həm də avtomobil sahibi olmağı arzu edən müştərilərə xitab edən bu məhsul ilə ətraf mühitə zərərin maksimum azaldılmasını və gələcək nəsillərə daha yaşanılabilər bir dünya bəxş etmək məqsədini hədəfləyən Bank,təbiətsevərlərin avtomobil arzusuna çatmalarını təklif etdiyi sərfəli kreditşərtləriləasanlaşdırıb.
Bankın verdiyi məlumata əsasən kredit istər yeni, istərsə də ikinci əl Elektrik və Hibrid mühərrikli avtomobillər üçün təqdim olunur. Beləliklə, avtomobil sahibi olmaq istəyən şəxslər Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər.Qeyd edək ki, Elektrik mühərrikli avtomobillər üzrə kreditin maksimal məbləği istehsal tarixindən asılı olaraq avtomobilin dəyərinin 90%-dək, Hibrid mühərrikli avtomobillərdə isə avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyatın dəyərinin 60%-dən 80%-dək təşkil edir.
Təbiət dostu olan Ziraat Bank Azərbaycanın Yaşıl Avto Kredit məhsulundan faydalanmaq istəyən şəxslər lazımi sənədlərləBankın filiallarına yaxınlaşaraq müraciət edə bilərlər.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov daha iki nəfəri vəzifəsindən azad etdi - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)





