İqtisadiyyat

Bu yanacaq idxal gömrük rüsumundan azad edildi

30 Dekabr 2022 19:48
Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 31 dekabr 2023-cü il tarixinədək 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac 2 gömrük rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib.

Hazırda digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azaddır. Qərara əsasən, digər reaktiv mühərriklər üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşdirilsə də, gələn il dekabrın 31-dək digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azad olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.