İqtisadiyyat

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat olacaq

9 Dekabr 2022 11:21
Baxış: 2 406
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində əksini tapıb.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.