KOBİA Qarabağda biznes fəaliyyəti üçün 1300-dən artıq müraciət alıb - Orxan Məmmədov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşğaldan azad edilmiş ərazilərimiz aqrar sektorun inkişafının yeni təkanverici qüvvəsi kimi böyük potensiala malikdir. Qarabağ bölgəsinin malik olduğu təbii üstünlüklər, su ehtiyatları, əlverişli coğrafi mövqe və tarixi ixtisaslaşma təcrübəsi burada həyata keçiriləcək ağıllı kənd konsepsiyası ilə vəhdət şəklində aqrar sektorun inkişafının yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verəcəkdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 24-də "Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı'' layihəsi üzrə Bakı konfransında deyib.
O qeyd edib ki, yerli və xarici sahibkarlar Qarabağda biznes fəaliyyəti həyata keçirmək üçün kifayət qədər maraq göstərirlər.
"Bu günə qədər, 1300-dən artıq müvafiq müraciət KOBİA tərəfindən qeydə alınmışdır. Daxil olan investisiya təkliflərinin təqribən 20%-i kənd təsərrüfatı və aqrar sektor ilə bağlıdır.
Bu baxımdan, aqrobiznes və aqrar turizm sahəsində həyata keçirilmiş layihə əhəmiyyətli bir dövrə təsadüf edir və ümidvaram ki, sektorda yeni inkişaf meyllərinin və yanaşmaların tətbiqinin genişləndirilməsi baxımından öz töhfəsini verəcəkdir", - deyə O.Məmmədov əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır





