2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,2 faiz artaraq 50951,5 milyon manata çatıb.
Bu barədə Milli.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan dövrdə əhalinin hər nəfərinə orta hesabla 5064,6 manatlıq gəlir düşüb.
Əhalinin sərəncamında qalan gəlirləri 45458,1 milyon manat təşkil edib.
Milli.Az