Azərbaycan əhalisinin gəlirləri 50 milyard manatı ötüb

17 Oktyabr 2022 13:08

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,2 faiz artaraq 50951,5 milyon manata çatıb.

Bu barədə Milli.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövrdə əhalinin hər nəfərinə orta hesabla 5064,6 manatlıq gəlir düşüb.

Əhalinin sərəncamında qalan gəlirləri 45458,1 milyon manat təşkil edib.

Milli.Az