Bolqarıstan Azərbaycanla bağlı bu məlumatı təkzib etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bolqarıstanın yeni müvəqqəti hökumətinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin dayandıracağı ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi bildirib.
Belə ki, bir sıra KİV-lər Bolqarıstanın energetika naziri Rosen Xristovun IGB-nin operatoru olan ICGB AD-nin idarəetmə strukturunda dəyişiklikləri təsdiqləmədiyini bildirib. Qeyd olunub ki, nazir qaz kəmərinin sertifikatlaşdırılması üçün Bolqarıstan və Yunanıstan tənzimləyiciləri tərəfindən qoyulan ilkin şərt olan şirkətdə yeni təyinatları ləğv edib.
Bolqarıstan Energetika Nazirliyi məlumatları saxta adlandırıb.
"Ciddi KİV-lərdə "Radevin ofisi Yunanıstanla qaz konnektorunu bağlayır" başlığı ilə dərc olunan saxta xəbərlərə gəlincə, bəyan edirik ki, energetika naziri Rosen Xristov ICGB AD-yə təyinatları ləğv etməyib. Sənədlərə Qeydiyyat Agentliyində.baxılarkən proses uzanıb. Məsələ odur ki, icra edilməmiş inzibati tələblər və çatışmayan sənədlər qalıb. Həmçinin, şirkətin idarə heyətinin yeni üzvünün adındakı orfoqrafik səhvləri düzəltmək lazımdır", - nazirliyinin bəyanatında deyilir.
Qurum vurğulayıb ki, Bolqarıstanın həm prezidenti, həm də hazırkı baş naziri dəfələrlə şaxələndirmənin ölkənin enerji strategiyasının əsas prioriteti olduğunu bəyan ediblər.
"Bununla əlaqədar bəyan edirik ki, Energetika Nazirliyinin yeni rəhbərliyi nəinki Yunanıstanla yeni qaz interkonnektorunu bağlamır, əksinə, mövcud problemlərin tez bir zamanda aradan qaldırılması üçün səylərini əsirgəmir", - məlumatda deyilir. .
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell





