ABB Miles kartlarında böyük endirim və onqat mil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABB səyahət həvəskarları üçün nəzərdə tutulmuş ABB Miles debet və kredit kartlarının qiymətində endirim elan edib. Sentyabrın 30-dək keçirilən kampaniya çərçivəsində 3 illik ABB Miles kartını 60 manata deyil, cəmi 30 manata almaq olar. 3 illik ABB Miles Premium kartı isə bu müddətdə müştərilərə 150 manat əvəzinə, cəmi 75 manata təklif edilir. ABB Miles kartlarını həm onlayn kanallardan (https://abb-bank.azvə https://abbmiles.az/internet səhifələri, ABB mobile tətbiqi), həm də Bankın filial və şöbələrindən endirimlə əldə etmək olar. ABB Miles Premium kartlarında endirimlər isə yalnız onlayn kanallarda sifariş edilmiş kartlara aiddir.
Fürsətlər bununla da bitmir. Sentyabrın 30-dək ABB Miles və ABB Miles Premium Mastercard debet və kredit kart sahibləri bu kartlarla "Hotelhub" saytından etdikləri minimum 100 manatlıq otel ödənişlərinə görə10 qat əlavə mil qazanacaqlar. Kampaniya dövründə hər müştəri maksimum 2 əməliyyatı üzrə əlavə 15 000 mil qazana bilər. Əlavə mil qazanmaq imkanı "Bahar fürsətləri- miles" kampaniyasında hədiyyə millər qazanmış müştərilərəaid deyil. Daha ətraflı burada
ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə https://abbmiles.az/ səhifəsindən tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir





