"EU4Energy" Azərbaycana dəstəkdən danışıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqının (Aİ) "EU4Energy" enerji komandası Azərbaycanın enerji sektorunun transformasiyasını dəstəkləmək üçün ölkə ilə daimi əməkdaşlıq və dialoqdadır.
Milli.Az bildirir ki, bunu Trend-ə proqramın rəsmi nümayəndə deyib.
"EU4Energy" proqramı Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Enerji Birliyi Katibliyi (EnCS) və Beynəlxalq Enerji Agentliyi tərəfindən həyata keçirilir. Biz Azərbaycanın Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Agentliyi ilə daimi əməkdaşlıq edirik", - deyə nümayəndə bildirib.
Onun sözlərinə görə, mayın 25-də "EU4Energy" komandası ağıllı şəhər/kəndin ümumi konsepsiyasında bərpaolunan enerji mənbələrinin (BEM) rolunu, habelə "ağıllı" şəhərin/kəndin layihələndirilməsi üçün BEM ilə əlaqədar istifadə edilməli olan əlavə xidmətlərin növlərini müzakirə etmək üçün Avropa və Azərbaycan ekspertlərini bir araya gətirən seminar keçirib.
"Ağıllı" şəhərlər/kəndlər konsepsiyası şəhər problemlərini həll etmək və inteqrasiya olunmuş, texnoloji cəhətdən inkişaf etmiş və dayanıqlı infrastruktur yaratmaq üçün innovasiyaların tətbiqinə, təcrübələrin yaradılmasına və təşviqinə yönəlib. Bu, vətəndaşlara və yerli özünüidarəetmə orqanlarına şəhərlərin/kəndlərin ehtiyaclarını ödəmək üçün birgə təşəbbüslər inkişaf etdirməyə və böyüyən şəhər mühitində aktiv və resursları səmərəli idarə etmək üçün ağıllı texnologiyalardan istifadə etməyə imkan verir.
Bundan əlavə, Aİ ekspertləri əsas diqqəti üzv dövlətlər tərəfindən Aİ tələblərinin yerinə yetirilməsi, eləcə də Avstriya və Yunanıstanın qarşıya qoyduğu davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə yönəldiblər. Məsələn, Vyananın Ağıllı Şəhər Agentliyinin Şəhər İnnovasiyası üzrə eksperti Azərbaycanın şəhər və kəndlərinin smart həlləri necə tətbiq edə biləcəyindən danışıb.
Proqramın nümayəndəsinin sözlərinə görə, onun hazırkı mərhələsi "Şərq Tərəfdaşlığı ölkələrində "təmiz" enerjiyə keçidin təşviqi: II mərhələ" 2024-cü ilin dekabr ayına qədər davam edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var





