İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda istehlakçı hüquqlarının pozulmasına görə cəzalar sərtləşdirilib
30 Mart 2012 20:15
Baxış: 3 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda istehlakçıların hüquqlarının pozulmasına görə cəzalar sərtləşdirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
2012-ci il martın 16-da "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunlar qüvvəyə minib.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə yeni daxil edilmiş 228.0.13-cü maddəyə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati xəta tərkibi yaratmaqla istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir və bu cür hərəkətlərə yol verən vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 5000 manatadək miqdarda inzibati qaydada cərimənin tətbiq edilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsi ilə ("İstehlakçıları aldatma") nəinki malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir və həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3000 manat miqdarında cərimə sanksiyası tətbiq edilir.
İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulmasına, yəni istehlakçıya satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatların verilməməsinə görə təqsirli vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin isə 400 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 14 fevral 2012-ci il tarixli qanunla Cinayət Məcəlləsinin 200-cü maddəsinin sanksiyası kifayət qədər sərtləşdirilib. Belə ki, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (40 manatdan 500 manatadək) aldatma 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və külli miqdarda (500 manatdan yuxarı) ziyan vurmaqla törədildikdə 5000 manatdan 7000 manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilir.
Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda, bu hallara yol verən təsərrüfat subyekti 7000 manatdan 9000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4-cü maddəsinə əsasən isə eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda təqsirli şəxslərə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bu dəyişiklik cibinizə təsir edəcək: Yeni qayda nələri dəyişir?
-
Neft ucuzlaşıb bu qiymətə OLDU
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Azərbaycan vasitəsilə Ermənistana 280 ton buğda göndərildi
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
XƏBƏR LENTİ
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO