İqtisadiyyat

Azərbaycan qazın ixracını 26 %-dək artırıb

9 İyul 2022 12:52
1 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bbu ilin birinci yarısında Azərbaycan 11,2 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 25,7 % çoxdur.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

"Birinci yarım ildə operativ məlumatlara görə Avropa|ya 5.4 mlrd. kubmetr, Türkiyə|yə 4.3 mlrd. kubmetr, Gürcüstan|a isə 1.5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 25.7 % artıb", - baylaşımda bildirilir.

Qeyd olunur ki, hesabat dövründə ölkədə hasil edilmiş 16.5 mln. ton neftin 13.4 mln. tonu ixraca nəql edilib.

"Ötən ilin eyni dövrü ilə müqayisədə 15.1 % artımla hasil edilmiş 23.4 mlrd. kubmetr qazın 11.2 mlrd. kubmetri ixrac olunub", - paylaşımda deyilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.