Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah" Futbol Klubu (FK) sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə bağlayıb. Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və "Sabah" FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıb.
Müqaviləyə əsasən, "Sabah" FK Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda "Bank Respublika"ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion "Bank Respubika Arena" adlanmağa davam edəcək. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. Xatırladaq ki, "Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti ilə "Sabah" FK arasında əməkdaşlıq 2018-ci ildən davam edir.
"Bank Respublika" olaraq, artıq 5-ci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edəcək "Sabah" FK-ya dəstək verməkdən böyük məmnuniyyət hissi duyuruq. Əminik ki, "Sabah" növbəti mövsümdə öz baxımlı oyunu ilə seçiləcək və qarşısına qoyduğu hədəflərə çata biləcək. Bu isə, milli futbolumuzun, eyni zamanda ölkə idmanımızın inkişafı deməkdir. Komandamızın oyunlarını keçirdiyi müasir standartlara malik "Bank Respublika Arena" isə nəinki yerli, həm də beynəlxalq futbol turnirlərinə ev sahibliyi edəcək", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
"Futbol klublarının inkişafında, onların qarşıya qoyduqları hədəflərə çatmasında sponsorların dəstəyinin böyük əhəmiyyəti vardır. "Sabah" Futbol Klubu artıq 4 ildir ki, "Bank Respublika" ilə əməkdaşlıq edir. Bu müddətdə birlikdə bir sıra layihələr həyata keçirmişik. Bu gün əməkdaşlıq müqaviləsinin müddətini daha bir il uzadırıq. Biz "Sabah" FK olaraq ölkənin qabaqcıl bankarından olan "Bank Respublika" ilə əməkdaşlıqdan tam məmnunuq. İnanıram ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı və uğurlu olmaqla yanaşı, "Sabah"ın timsalında ölkə futbolunun inkişafına öz töhfəsini verəcək" deyə Sabah FK-nın Prezidenti Maqsud Adıgözəlov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir





