İqtisadiyyat

Leobank – filialsız internet-bank

7 İyul 2022 10:30
Baxış: 3 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nənənizə banka getmədən və ya zəng etmədən, sadəcə olaraq mobil telefonla əlaqə saxlamaq mümkün olduğunu söyləsəniz, o, çox güman ki, buna inanmayacaq. Ancaq bu doğurdan da belədir, çünki Azərbaycanda internet bankçılıq inkişaf etməyə davam edir. Leobank-ın gəlişi ilə xidmətlər yeni bir səviyyəyə yüksəldi.

Bəs filialsız bank necə işləyir?

Qısaca desək: müştərilər üçün maksimum rahat bir şəkildə. Bütün müraciətlər elektron şəkildə qəbul olunur. Narahat olmayın - elektron ünvanınızın şifrəsini yada salmağa ehtiyac yoxdur, xeyr. Ünsiyyət üçün mobil bank sosial şəbəkələrdən(WhatsApp, Telegram, Instagram, Messenger) istifadə edir, və qeydiyyat üçün - bütün müasir əməliyyat sistemləri üçün mövcud olan çox rahat bir tətbiq təqdim olunur.

Leobank müştırisi olmaq və qeydiyyatdan keçmək üçün sadəcə tətbiqdəki qısa anket doldurmaq kifayətdir. Prosedur üç dəqiqədən artıq çəkmir və sevindirən məqam da ondan ibarətdir ki, heç bir əlavə şəkil və sənədlərin skanını yükləməyə ehtiyac yoxdur. Etiraf edin, sənədləri rəqəmsallaşdırmaq üçün ən yaxın skaneri harada axtaracağınızı da bilmirsiniz. Leo ilə buna heç ehtiyac da yoxdur, buna görə müasir bankda - müasir üsullar tətbiq olunur - məlumatlarınız sistemdən avtomatik olaraq mobil nömrəniz üzərindən əldə olunur.

İnternet bankçılıq cibinizdə tam işləməsi üçün qeydiyyatdan keçdikdən sonra sadəcə kart əldə etmək qalır. Bunun üçün uyğun ünvan və vaxt qeyd edin və sizi gözlətmədən qeyd olunan ünvana çatdırılma ediləcəkdir. Əgər yaxınlıqda Unibank filialı varsa, o zaman siz kartı birbaşa filialdan götürə bilərsiniz. Əlavə kağız toplusu olmadan hər şey çox sadə və rahat.

Bank onlayn olduqda nağd pul necə əldə etmək olar?

Leo-nun təmsilçiləri bunu da düşünüblər. Nağd pul çıxarılması üçün istənilən Unibank bankomatlarından istifadə etmək olar, çünki bank bu şirkətin bir hissəsidir. Yeri gəlmişkən balansı həmçinin bu bankomatlar vasitəsilə artıra bilərsiniz. Bu, əməliyyatlar komissiyasız həyata keçir.

Hər şeyi kartla ödəməyə üstünlük verirsiniz? Onlayn bank məhz bunun üçündür.

Kartlar arasında sadə köçürmələr. Əgər alıcı bankın müştərisidirsə, köçürmə dərhal və komissiyasız baş verir. Həmçinin, əgər onun mobil nömrəsi telefon kitabçanızda varsa, o zaman heç bir kart nömrəsinə ehtiyac yoxdur - məlumat avtomatik olaraq nömrə üzərindən əldə olunacaq.

Əgər Apple Pay istifadə edirsinizsə, o zaman kartı "Wallet" tətbiqinə əlavə edə və hətta kartsız keçinə bilərsiniz - təmassız ödəniş fasiləsiz işləyir.

Mobil tətbiqin köməyi ilə istənilən əməliyyatlar aparmaq olar! Məsələn, internet bankçılıq vasitəsilə cəmi bir neçə toxumuşla komissiyasız kommunal ödənişlər etmək mümkündür.

Həmçinin Leobank-da keşbek sistemi mövcuddur. Ayın əvvəlində istifadəçilər xərclərinin 20%-dək qədərinin hesablarına geri qaytarmaq imkanı əldə etmək üçün bir neçə kateqoriya seçirlər. Bu hansısa bonus və ya endirim xalları deyil, əksinə real pullardır ki, onları siz hesabınıza geri köçürə və yenidən istifadə edə bilərsiniz. Bu, olduqca sadə və sərfəlidir! Məsələn, ev heyvanınız varsa, bu zaman "Zoomağazalar" kateqoriyasından seçib, istifadə edirsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.