Azərbaycandan İran şirkətlərinə təklif
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 26-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşüb.
Azərbaycanın İrandakı Səfirliyindən verilən məlumata görə, Səfir iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdə mövcud olan faydalı əməkdaşlığı vurğulayaraq Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. COVID-19 pandemiyası dövründə Azərbaycan sərhədlərin İranla tranzit və ikitərəfli ticarət üçün bağlanmadığını və yükdaşımaların davam etdiyini bildirən Əli Əlizadə, 2021-ci il ərzində Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcminin 30 faiz, cari ilin ötən dövrü ərzində isə 20 faiz civarında artdığını bildirib, bu işdə iş adamlarının və özəl şirkətlərin fəaliyyətinin önəmli olduğunu diqqətə çatdırıb.
Azərbaycan və İran Prezidentlərinin Aşqabad görüşünün iki qonşu dövlət arasındakı münasibətlərdə yeni səhifə açdığını, İranın yeni höküməti ilə əməkdaşlıq çərçivəsində qısa zamanda hazırlanaraq imzalanmış qaz mübadiləsi sazişinin, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün və digər bu kimi layihələrin bunun əyani təzahürü olduğunu bildirib.
Səfir, 44 gün davam edən Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində, Azərbaycanın İran ilə 132 kilometrlik sərhəd hissəsinin də azad olunduğunu və əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yarandığını vurğulayıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa ediləcək Rəşt-Astara dəmir yolunun tranzit və nəqliyyat əlaqələrinin artmasına verəcyi tövhəni vurğulayan səfir, hazırda Azərbaycan Hökümətinin sərmayəsi ilə Astarada dəmiryolu yük terminalının tikintisinin davam etdiyini bildirib. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması haqqında iki dövlət arasında imzalanan sazişin də nəqliyyat və tranzit imkanlarının artmasında böyük rol oynayacağını vurğulayıb. İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi qeyd edib ki, İran ilə Azərbaycan xalqları ortaq tarixi köklərə, mədəniyyətə və adət-ənənəyə malikdirlər. Bu yaxınlıq əməkdaşlıq əlaqələrinin daha ya artırılmasını şərtləndirir. Hər iki dövlətin prezidentinin siyasi xətti daha yaxın iqtisadi əlaqələr qurmaqdan ibarətdir və rəhbərlik etdiyi Palatanın hər zaman ikitərəfli ticari əməkdaşlığın genişlənməsi üçün səyləri artırmağa, iş adamlarının görüşlərinin təşkilinə və qarşılıqlı sərmayələrin həyata keçirilməsinə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müştərək layihələr ətrafında da fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Samir Əhmədov qəfil vəfat etdi
-
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək
-
Azərbaycanlı məşhurların arxiv fotoları gündəm oldu – Bəzilərini tanımaq olmur - (Fotolar)
-
İrəvanın gözləntisi boşa çıxdı: Türkiyə icazə vermədi
-
Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərdi - (Video)
-
FHN-dən əhaliyə xəbərdarlıq
-
Neftimiz bahalaşdı
-
Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)
-
Gənc əsgərlərlə görüşlər müvəqqəti dayandırıldı - Rəsmi
-
Asya Əlizadə barəsində 5 il həbs tələb olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Pensiyalar belə artırılacaq: Deputat açıqladı
-
Murat Bozdan müflis olması xəbərinə reaksiya
-
Bakı aeroportunda sursatla saxlanılan dünya çempionu imiş - (Foto)
-
Bakıda 13 yaşlı qız bıçaqlandı
-
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadının son vəziyyəti - Yenilənib - (Video)
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Rusiyada faciəli şəkildə ölən azərbaycanlının Fotosu
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu





