İqtisadiyyat

Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

14 İyun 2022 18:28
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba və ətraf rayonların sakinlərini və qonaqlarını 18 iyun tarixində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkasına dəvət edir.

Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. "KOB Fest" çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.

Aprel ayından start götürən "KOB Fest" sərgi-satış yarmarkasının təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir.

Quba rayonunda Nizami parkında təşkil olunacaq "KOB Fest" sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.