İqtisadiyyat

Kapital Bank “Maliyyə lizinqi” məhsulunu təklif edir

25 May 2022 11:37
Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bizneslərini inkişaf etdirmək üçün yeni "Maliyyə lizinqi" məhsulunu təqdim edir. Yeni məhsul vasitəsilə hüquqi şəxslər və sahibkarlar kənd təsərrüfatı, tibbi, tikinti, sənayetəyinatlıxüsusi texnikaların, nəqliyyat vasitələrinin və avadanlıqların alınmasını həyata keçirə bilərlər.

Maksimal olaraq 5 il müddətinə verilən "Maliyyə lizinqi" kreditdən daha sərfəli olmaqla aşağı illik faiz dərəcəsi ilə təklif edilir. Müqavilənin vaxtı bitdikdən sonra isə lizinqlə alınan əmlak sahibkara qalır.

Bu məhsulu əldə edərkən əlavə girov tələb edilmir, ödəniş qrafiki isə müştərinin istəyinə uyğun tərtib edilir. Yeni məhsulu həm Müştəri Bank vasitəsilə onlayn, həm da Kapital Bank-a müraciət etməklə almaq olar. Həmçinin lizinqlə satış etmək istəyən şirkətlər Kapital Bank-la əməkdaşlıq edə bilər.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri Bank vasitəsilə lizinq və digər məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.