Qarabağda sahibkarlıqla məşğul olmaq üçün 100-dən çox türk şirkəti müraciət edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağ bölgəsində turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Azərbaycan- Türkiyə İş Adamları" İctimai Birliyinin Ümumi yığıncağında çıxışı zamanı bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olmaq ilə bağlı KOBİA-ya mindən artıq yerli və xarici şirkətlərdən müraciətlər daxil olub.
"Sevindirici haldır ki, daxil olmuş xarici müraciətlərin əksəriyyəti Türk şirkətlərinə məxsusdur və onların sayı 100-dən çoxdur. Müraciətlər əsasən tikinti, sənaye, turizm, ticarət və xidmət, kənd təsərrüfatı və digər sahələri əhatə edir.
Ümumilikdə, dövlətin müəyyənləşdirdiyi prioritet sektorlarda qarşılıqlı investisiya qoyuluşu üçün potensial imkanlara dair KOB-ların məlumatlandırılması və Türkiyə iş adamları ilə birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlıq imkanları genişdir.
Əminəm ki, birgə səylərimiz ilə iki qardaş dövlət arasında biznes əlaqələrinin daha da inkişafına və qarşıya qoyulmuş hədəflərə nail olacağıq. ATİB də öz səmərəli fəaliyyəti ilə müvafiq sahədə bundan sonra öz töhfəsini verəcəkdir "- deyə O.Məmmədov qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)





