İqtisadiyyat

Azərbaycan özünü ərzaq ehtiyatı ilə nə qədər təmin edə bilər? - VİDEO

28 Aprel 2022 15:54
Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan özünü bütün növ ət və ət məhsulları ilə 84.5, faiz bitki yağları ilə 34.8 faiz, tərəvəz məhsulları ilə isə 110.4 faiz təmin edir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu rəqəmlər  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı məlumatda əksini tapıb. Belə ki, mərkəz tərəfindən bitkiçilik, heyvandarlıq  və sənaye emalından keçmiş əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi araşdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov deyir ki,  ölkədə bu göstəricilərdə ən yüksək rəqəmlər qoz, fındıq, nar, giləmeyvə və pomidor məhsulları üzrə müşahidə olunub. Sözügedən məhsullarla Azərbaycan özünü 112 -138 faiz təmin edir. 

Rəşad Hüseynovun sözlərinə görə, ölkənin özünü təminetmə səviyyəsini artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə 50 min hektar dənli bitkilər əkilib. Belə sahələr artırıla da bilər. 

İqtisadçı ekspert Xalid Kərimlinin qənaətincə, açıqlanan rəqəmlərin bazara təsir etmək ehtimalı azdır. Yəni bu göstəricilərə görə, həmin məhsulların qiymətlərinin azalması gözlənilmir.

Ekspertin fikrincə daşıma xərclərinin artması belə bahalaşmaya səbəb ola olan amillərdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.