İqtisadiyyat

Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb

25 Aprel 2022 09:32
Baxış: 3 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva Qərbin hərəkətlərindən yaranan riskləri azaltmaq üçün qabaqlayıcı tədbirlər görüb. Azərbaycan da daxil olmaqla, digər ölkələrlə milli valyutalarda hesablaşmalara daha fəal keçid edib.

Milli.Az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

O qeyd edib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

Denis Qonçarın sözlərinə görə, Rusiya Federasiyası Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.