İqtisadiyyat

Azərbaycanda Rusiya istehsalı olan təkərlər bahalaşıb - VİDEO

1 Aprel 2022 16:30
Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyaya tətbiq edilən sanksiyalar təkər bazarına təsir edib. 

Rusiyada fəaliyyət göstərən Yaponiyaya məxsus bəzi təkər zavodlarının bağlanması bu ölkədə istehsal olunan təkərlərin qiymətinin bahalaşmasına səbəb olub.

Mütəxəssislər deyir ki, Rusiyada təkərlərin qiyməti 30 faizə qədər artıb. Rusiyadan Azərbaycana da təkər ixrac edildiyindən qiymət artımı yerli bazara da təsir edib.

Bəzi satıcılar qiymət artımını logistik problemlərlə də əsaslandırırlar. Onlar deyirlər ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcinin artmasıdır. 

Qiymət artımı alıcılıq qabliyyətini də zəiflədib.

Satıcılar deyirlər ki, vəziyyət belə davam etsə, təkərləri Yaponiyadan sifariş etməli olacaqlar. 

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, təkər qiymətlərinə təsir edən başqa amillər də var.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.