İqtisadiyyat

Azərbaycan KOB-ları Qətərdə keçirilən beynəlxalq kənd təsərrüfatı və ətraf mühit sərgisində

10 Mart 2022 16:34
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 10-da Qətər Dövlətinin paytaxtı Doha şəhərində 9-cu "Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022" öz işinə başlayıb.

 Doha Sərgi və Konqres Mərkəzində keçirilən sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və ölkəmizin Qətər Dövlətindəki Səfirliyi ilə əlaqələndirilməklə Azərbaycan pavilyonunda "Made in Azerbaijan" brendi ilə yerli məhsullarımız nümayiş olunur. Sərgidə kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən zəfəran, çiyələk, mürəbbə, kompot, meyvə şirələri, konservləşdirilmiş məhsullar, narşərab, lavanda yağı və balı, qablaşdırılmış giləmeyvə, təbii və soyuq sıxım qida yağları və s. sərgilənir. Pavilyonda həmçinin, yerli şirkətlərimiz tərəfindən kənd təsərrüfatı üçün müasir həllər, aqrar sahə üzrə biokimya məhsulları və zəhərli tullantıların təkrar emalı üzrə xidmətlər təqdim olunur.

Pavilyonumuzda həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, KOBİA-nın ölkəmizə investisiya yatırmaqda və yerli tərəfdaşlarla əməkdaşlıq qurmaqda maraqlı olan xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilir, video və çap materialları nümayiş olunur.

Martın 14-dək davam edəcək sərgi çərçivəsində iş adamları arasında görüşlərin keçirilməsi üçün Azərbaycan pavilyonunda müvafiq şərait də yaradılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.