İqtisadiyyat

Azərbaycanın Britaniya ilə ticarətinin həcmi kəskin artıb

21 Fevral 2022 11:54
0 Şərh     Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi 145,963 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,1 dəfə çoxdur.

Milli.Az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, yanvarda Azərbaycanın Böyük Britaniyaya ixracı illik müqayisədə 64,9 dəfə artaraq 127,386 mln. dollar təşkil edib. Bu, neft ixracının (217 min ton) hesabına baş verib. Belə ki, ixracın 98,6%-ni məhz xam neft təşkil edib. İdxal isə illik ifadədə 15,5% azalaraq 18,576 mln. dollara bərabər olub.

Nəticədə, 2022-ci ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə 108,810 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin analoji ayında saldo mənfi idi və 20,008 mln. dollar təşkil etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.