İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bank: “İlin ilk üç ayında əhalinin əmanətlərinin həcmi 2,5% artıb”
6 May 2010 11:11
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bankın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, iclasda ötən rüb ərzində pul siyasətinin yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr, Mərkəzi Bankın struktur bölmələrinin hesabatları müzakirə edilib. Qeyd olunub ki, Mərkəzi Bank pul siyasətini beynəlxalq əmtəə bazarlarında konyunkturun yaxşılaşması və ölkədə iqtisadi artımın davam etməsi şəraitində həyata keçirib.
Tədiyyə balansının profisiti şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi sabit qalıb, Mərkəzi Bank valyuta bazarında sterilizasiya əməliyyatları həyata keçirərək özünün valyuta ehtiyatlarını daha da artırıb. İlin sonuna tədiyyə balansında iri həcmli profisitin qalacağı proqnozlaşdırılır.
Dövr ərzində Mərkəzi Bank yumşaq pul siyasətini davam etdirib, bu şəraitdə pul təklifi iqtisadi artıma adekvat templə artıb, faiz dərəcələri azalmağa meyl göstərib.
Rüb ərzində sektrorun aktivləri 3,1%, kredit portfeli 1% artıb. Xüsusilə qeyd olunub ki, əhalinin bank sektoruna olan inamı artmaqdadır və əhalinin əmanətlərinin həcmi rüb ərzində 2,5% artıb.
Bank sektorunun aktivləri və kredit portfelinin təmkinli artımı davam edib. Banklar xaricə ödədiyindən daha çox vəsait cəlb etmiş, onların likvidliyi və maliyyə dayanılqı yüksək səviyyədə saxlanıb. Aparılmış stress-testlər bank sisteminin bundan sonra da mümkün xarici şoklara qarşı dayanıqlı olacağını göstərir.
Qeyd olunanları nəzərə alaraq Mərkəzi bankın İdarə Heyəti uçot dəcərəsi, faiz dəhlizinin parametrlərinin və məcburi ehtiyat normalarının dəyişməz saxlanılmasını, manatın məzənnəsinin sabit səviyyədə saxlanmasına yönəlmiş siyasətin davam etdirilməsini məqsədəuyğun sayıb.
İclasda həmçinin rüb ərzində bank sektorunda müşahidə olunan tendensiyalar, bank nəzarətinin həyata keçirdiyi tədbirlər və layihələr müzakirə edilib. Müzakirələr zamanı qeyd olunub ki, dövr ərzində bank sektoru stabiliyini qoruyub saxlayıb, sektorun həcm göstəriciləri artıb, likvidliyi və kapital mövqeyi sabit və qənaətbəxşdir. Bank nəzarəti sektorun maliyyə sabitliyinin qorunması istiqamətində ardıcıl tədbirlərini həyata keçirmiş, sektorun maliyyə vəziyyəti və meylləri diqqətlə izlənib.
Daha sonra bank nəzarətinin potensialının və alətlər çərçivəsinin gücləndirilməsi, nəzarət prosesinin effektivliyinin artırılması istiqamətində görülmüş ardıcıl tədbirlər və əldə olunmuş nəticələr barədə müzakirələr aparılıb. Belə ki, 2010-cu il üçün bank nəzarətinin qarşısında duran əsas vəzifələr - yaranmış yeni şəraitdə qlobal çağırışlara adaptasiya və nəzarətin texnoloji resurslarının gücləndirilməsi, banklarda risk menecment potensialının artırılması, habelə bank sektorunda institusional inkişaf və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi vacib hədəflərin reallaşmasıdır.
Rüb ərzində bank nəzarətində kontr-tsiklik yanaşmanın tətbiqi, stress testinq təcrübəsinin təkmilləşdirilməsi, banklarda yeni prudensial hesabatlığın tətbiqi, risk menecment üzrə yeni qaydaların qəbulu və banklardakı risk mütəxəssislərinin sertifikasiya prosesinin ikinci fazasının realizasiyası, bank nəzarətinin Menecment İnformasiya Sisteminin və digər vacib layihələrin icrası istiqamətində nailiyyətlər müzakirə edilib.
Qeyd olunanların nəticəsi olaraq, effektiv və operativ bank nəzarəti siyasətinin və bank sektorunda maliyyə sabitliyinin qorunması istiqamətində ardıcıl tədbirlərin, həmçinin, institusional inkişafa hesablanmış layihələrin icrasının davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
XƏBƏR LENTİ
-
Noyabrda yalnız 4 BÜRC daha çox sevgi alacaq
-
Pendirin kiflənməsinin qarşısını alan saxlama üsulu: Uzun müddət təzə qalır
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
Könül Kərimova 15 kiloqram arıqlamasının səbəbini açıqladı
-
Bu 5 əşyanı dərhal evinizdən çıxarın
-
5 bürcə göydən pul yağacaq
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)