İqtisadiyyat

İnəyin sığorta haqqı avtomobilin sığortasından bahadır - İnanılmaz rəqəmlər - VİDEO

26 Yanvar 2022 15:20
1 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi fermerlər iri və xırdabuynuzlu heyvanların sığorta haqlarının yüksək olduğunu iddia edirlər. Elə bu səbəbdən də heyvanlarını sığortalamağa maraq göstərmədiklərini deyirlər.

Qaydalara əsasən, qoyun və keçilərin sığortalanması üçün sığorta tarifi həmin heyvanın qiymətinin 7 faizi qədərdir. Yəni əgər qoyunun qiyməti 300 manatdırsa, onun sığortahaqqı 21 manat edir. Həmin məbləğin 50 %-ni dövlət qarşıladığında 300 manatlıq qoyun üçün fermerin ödədiyi məbləğ 10 manat 50 qəpik olaraq hesablanır.

İribuynuzlu heyvanların sığorta haqlarında qiymətlər heyvanın qiymətindən asılı olaraq 31-235 manat arasında dəyişir.

Fermerlər sual edirlər ki, 15-20 min manatlıq avtomobilin icbari sığortası 50-60 manat olduğu halda, 2000 manatlıq dana niyə 60-70 manata sığortalanmalıdır?

Qiymətlərin yüksək olub-olmaması sualına münasibət bildirən Aqrar Sığorta Şirkətinin İdarə Heyətinin sədri Elvin Əliyev deyir ki, heyvan ilə avtomobil eyni sığorta predmeti kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, avtomobil sığortasında risklər dar olmaqla yanaşı, həm də fərqlidir. Heyvanlar üçün isə daha geniş risklər mövcuddur.

Qeyd edək ki, südlük inək və camışlarla yanaşı, ötən ilin dekabr ayından etibarən danalar və xırdabuynuzlu heyvanlar da sığorta edilir.

Milli.Az Xəzər Tv-nin videomaterialını təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.