İqtisadiyyat

Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur - FOTO

18 Yanvar 2022 18:16
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 18-də Türkiyənin Antalya şəhərində 28-ci Beynəlxalq Qida və İçki Sərgisi öz işinə başlayıb.

Milli.Az xəbər verir ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə Azərbaycan sahibkarlarının məhsulları nümayiş olunur. Stendimizdə quru meyvələr, təbii sıxım yağlar, konservləşdirilmiş məhsullar, meyvə şirələri, kofe və çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış müxtəlif məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları təqdim edilir. Ümumilikdə Azərbaycanı sərgidə 15 mikro və kiçik sahibkar təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə məhsul satışı və yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, sərgidə Türkiyənin 81 regionundan və 50-ə yaxın xarici ölkədən 450-dən çox sahibkar məhsul və xidmətlərini təqdim edir. Sərgi yanvarın 21-dək davam edəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.