İqtisadiyyat

Siqaretin aksiz dərəcəsi artırılıb

29 Dekabr 2021 17:14
Baxış: 2 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il yanvarın 1-dən siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliyin təsdiqi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Beləliklə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Həmçinin, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.