İqtisadiyyat

Türkiyə Mərkəzi Bankından Azərbaycan manatı ilə bağlı qərar - FOTO

21 Dekabr 2021 08:04
0 Şərh     Baxış: 1 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən "Ticarətə aid xarici valyutalar" siyahısında yer alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, müvafiq cədvəl "Rəsmi Qəzet"də dərc olunub.

Qeyd edilir ki, Türkiyə Mərkəzi Bankının "Ticarətə aid xarici valyutalar" siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi daxil edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin dünənki iclasından sonra verdiyi açıqlamasından sonra yerli vaxtla saat 23.00-a olan məlumata görə, 1 ABŞ dollarının məzənnəsi 13,44 lirəyə, 1 avronun məzənnəsi isə 15,23 lirə səviyyəsinə düşüb. Son günlər Türkiyədə dolların sürətlə artan məzənnəsi Türkiyə Prezidentinin son çıxışından əvvəl 18 lirədən çox olub.

Ərdoğan həmçinin çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələrin tətbiq ediləcəyini vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.