İqtisadiyyat

Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub

30 Noyabr 2021 12:54
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin avqustundan etibarən zavodda yeni istehsal xətti fəaliyyətə başlayıb. COVİD-19 virusunun PCR üsulu ilə müəyyənləşdirilməsi üçün testlərin istehsalına başlanılıb. Bu günə qədər 20 mindən çox test istehsal olunub. Zavodun istehsal gücü illik altı milyon ədəddir. Günlük isə 20 min testdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Diamed Co" şpris istehsalı zavodunun həmtəsisçisi Aytən Quliyeva AzTv-yə açıqlamasında bildirib.

O qeyd edib ki, bu testlərin üstünlüyü qiymətinin aşağı olmasıdır.

"Yerli testlərin istehsalı ölkədə olan PCR testlərinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.Bu testlər eyni zamanda yanlış cavabların az olmasına səbəb olacaq. Bizim istehsal etdiyimiz testlərdən bir saat ərzində nəticə almaq mümkün olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.