Oğurluq edəndə tutdular, “Yeddi oğul istərəm”ə çəkildiyinə görə peşman oldu, Rac Kapuru küçədə oynatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən ustad Aşıq Ədalət haqqında maraqlı faktları təqdim edir.
1. Bir dəfə ona verilişlərin birində belə bir sual verirlər:
"Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən?
O, deyir:
"Yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.

Ustad həyat yoldaşı ilə
2. Uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında qonşunun bağına şəftəli oğurluğuna gedirlər. Ev yiyəsi gələndə hamı qaçır, Ədalət qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur.

Vaqif Bayatlı, Aşıq Ədalət, Yusif Səmədoğlu
3. Aşıq Ədalət lap yeniyetmə olanda Səməd Vurğun ona qulaq asıb və heyran qalıb. Bunun üçün onu başdan-ayağa geyindirib, Qazaxdan Bakıya gətiriblər. Həmişə ayaqyalın gəzən balaca Ədalətin dar ayaqqabıları onu incidirmiş. Səməd Vurğunun yanından çıxandan sonra ayaqqabılarını soyunub əlinə alır və asfaltla ayaqyalın yeriyir. Özü deyirmiş ki, heç Səməd Vurğuna fikir vermirdim. Ağlım ayaqlarımda qalmışdı ki, nə zaman çölə çıxıb soyunacam, ayağımın ağrıları kəsəcək.

Cavanlıq...
4. "Yeddi oğul istərəm" filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları, Ədalətə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:
- Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan...
Bu maraqlı deyil. Maraqlı odur ki, Ədalət israrla onları inandırmağa çalışır:
- Bir olan Allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.

Ədaləti Əadlət edən qara saz və ustadın papağı
5. Qazaxda nəvəsi Aşıq Ədalətdən şəp-şəp istəyir. Ustad, eləmə tənbəllik, gedir rayon mərkəzindəki mağazaya, deyir, nəvəmə şəp-şəp verin. Ayağının ölçüsü? Bilmirəm. Nəvəsini də özüylə gətirməyib. Uzun düşüncədən sonra qərara alır ki, bir vedrə şəp-şəpi aparsın evə, hansı nəvəsinin ayağına uyğun gəlsə onun pulunu versin, qalanını bir uşaqdan geri göndərsin. Beləliklə, Qazağın mərkəzi küçəsi... Aşıq Ədalət əlində bir vedrə şəp-şəp...

Oğlunun evində Aşıq Ədlətə aid guşə
6. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə (dekada) dünya şöhrətli hind aktyoru Rac Kapur Aşıq Ədalətin ifasına heyran qalır. Küçəyə çıxıb maşınlara minəndə ona yaxınlaşıb tərcüməçi vasitəsiylə saz aləti haqqında soruşur. Deyir, bunun içində nə var? Ədalət deyir, heç nə! Rac Kapur inanmır:
- Axı burdan bir orkestrin səsi gəlirdi? Sən bir də çal, eşidim...
Ədalət sazı balaca kökləyib "Avara" filminin musiqisini necə çalırsa, Rac Kapur küçədəcə oynamağa başlayır...

Bir də gördün fotodu adam
7. Aşıq Ədalət ağır avtomobil qəzası keçirmişdi. Axsaqlığı ordan qalma idi. O, çox ağır vəziyyətdə olub. Hətta saz çala biləcəyi də sual altında qalıb. Ancaq bütün dostlar yığışıb ən yaxşı həkimləri tapırlar və onu xilas edirlər. Yenə əvvəlki kimi çalmağa başlayır. Özü bu barədə belə deyir:
- Gül kimicə ölüb canımı qurtarırdım bunlardan, gəlib məni təzədən yığdırdılar, gətirib qoydular səhnəyə, sazı da verdilər qucağıma ki, çalmalısan! Ay balam, mənə heç rahatlıq olmayacaq bu dünyada?!

Onu dəlicəsinə sevənlər vardı
8. Aşıq Ədalət həm də söyüşcüllüyü ilə məşhur olub. Ancaq tanıyanlar onun söyüşlərindən heç vaxt incimirdilər. Necə deyərlər, onun məclislərdə ən yüksək vəzifəli və nüfuzlu adamları da söymək icazəsi vardı.

Oğlu Hekayətlə
9. Oğlu Hekayət Nəsibov müsahibəsində deyir: "Son nəfəsinəcən yanındaydım. Son iki, üç gündə ümumiyyətlə yerindən qalxa bilmirdi, tam hərəkətsiz idi, əl-ayaq, bədən heç bir reaksiya vermirdi. Çox çətinliklə danışırdı. Ölümündən iki gün əvvəl onu qaldırıb ağlaya-ağlaya hamama apardım. Qaytarıb gətirib yerinə qoyanda gördüm, o da ağlayır. İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq. Mən də bilirdim ki, sondu, özü də. Birdən qayıtdı mənə dedi ki, ağrın alım, ay Hekayət, ağlama..."

Qəbirüstü abidəsi
10. Mütəxəssislərin dediyinə görə, o, bütün dastan və əhvalatlarla yanaşı 4 mindən çox şeir əzbər bilirmiş. Bu, fenomenal bir yaddaş idi. Aşıq Ədalət hansısa misranı unudanda onun əvəzinə elə birini tapıb oxuyurdu və ya deyirdi ki, orijinaldan əskik olmur, bəzən daha maraqlı çıxırdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO
-
Ədalət Şükürov “Bir Yaz Axşamı” yubiley konserti ilə səhnəyə çıxacaq
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Gülnarə Xəlilovanın kolleksiyaları Astanada keçirilən ilk ekoloji layihə “Central Asia Green Runway” mükafatına layiq görülüb - FOTO
XƏBƏR LENTİ
-
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
-
CNN-in qurucusu vəfat etdi
-
Azərbaycanda ən sürətli yol bura oldu - 130km/saat
-
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yaydı
-
Ukrayna Rusiyanın 9 May paradı atəşkəsini qəbul etmir
-
Elektron satınalmaların dəyəri 9% - dən çox artıb
-
Pis çıxmasın, biədəb nə etmişik ki?
-
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndəriləcək
-
Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs TUTULDU
-
"Mən bu qıza ZÜLM ETDİM"
-
Bunu etsəz 200 manatadək CƏRİMƏLƏNƏCƏKSİNİZ
-
76 yaşlı Kadir İnanırın son halı kədərləndirdi - FOTO
-
ABŞ gəmilərinə təhdid olarsa, cavab qaçılmazdır
-
"102 gün həbs yatdım, bir də qadın paltarı GEYİNMƏYƏCƏYƏM" - VİDEO
-
Baş nazirdən QƏRAR
-
“Real Madrid” daha bir türk ALIR
-
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Asif Nəsirli dəfn edildi - YENİLƏNİB
-
Əməkdar artist üz gərmə əməliyyatından sonra BELƏ OLDU - VİDEO
-
Bitkoinin qiyməti 82.000 min dolları keçib
-
Anasını qətlə yetirən oğul MƏHKƏMƏDƏ
-
"İran ABŞ-ın sülh təklifini nəzərdən keçirir"
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO





