İran

"İran ABŞ-ın sülh təklifini nəzərdən keçirir"

6 May 2026 16:02
Baxış: 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran ABŞ-ın təklifini nəzərdən keçirir.

Milli.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.

Qeyd edək ki, "Axios"un xəbərinə görə, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.