Mədəniyyət

Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO

5 May 2026 17:51
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

11 aprel tarixində "Gənc istedadlar"ın konserti baş tutdu.

Konsert proqramı milli musiqimizin incilərindən başlayaraq, dünya klassikasının seçilmiş nümunələrinə qədər geniş bir repertuarı əhatə edirdi.

Solistlər: Ziya Hümmət (tar), Suel Kərimli (piano), Leyla Fərədzadə (piano), Ləman İsmayılova (violin), Fərəh Əsgərova (piano), Arzu İsayeva (piano), Fidan Abdullayeva (piano), Nuray Kərimova (piano), Cəmilə Qasımova (piano), Ferzin Əfəndiyeva (piano), Camal Əliyev (piano), Fərəh Əliyeva (piano), Fikrət Şiriyev (piano), Hüseyn Niftəliyev (piano), Anar Məhərrəmov (violin), Səidə Əhmədova (violin), Anar Cəfərli (qarmon), Deniz Qocayeva (viola), Əli Nurullayev (ksilofon), Mələk Həsənli (piano), Dilək Həsənli (piano), Zeynəb Əlizadə (piano), Xədicə Cahangirova (piano), Uğur Nəbi (piano), konsertmeysterlər və ansambl iştirakçıları - Sevinc Kərimova, Züleyxa Usubova, Aqşın İsmayılov, Arzu Səfərova, Şəlalə Quliyeva, Gülnaz Eldarlı, Mətanət Nurullayeva dinləyicilər qarşısında çıxış edib.

Növbəti konsert 18 aprel tarixində "Nəsillərin dialoqu" layihəsi çərçivəsində uğurla baş tutdu.

Xalq artisti Ənvər Sadıqov və tələbələri rəngarəng proqram təqdim etdilər.

25 aprel Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "İxtisas fortepiano" kafedrasının tələbələrinin Əməkdar incəsənət xadimi, professor Fəridə Quliyevanın 100 illiyinə həsr olunmuş konserti keçirildi.Tədbirin əvvəlində çıxış üçün səhnəyə Bakı Musiqi Akademiyasının dosenti Venera Məmmədova dəvət olundu.

Konsert proqramında klassik və romantik dövrün, eləcə də XX əsr musiqisinin seçilmiş nümunələri səsləndirildi.

Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri - I kurs tələbəsi Xədicə Nəbiyeva, III kurs tələbəsi Nərmin Günəşova və IV kurs tələbəsi Fidan İbrahimova çıxış edərək yüksək ifaçılıq səviyyəsi nümayiş etdirdilər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.