Cəmiyyət

Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb

5 May 2026 18:10
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncə şəhərinin Qırmızıkənd qəsəbəsi, Hüseyn Hüseynli küçəsinin sakinləri yol infrastrukturunun yararsız vəziyyətdə olmasından və ictimai nəqliyyatın fəaliyyət göstərməməsindən narazılıq edirlər.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə təxminən 4-5 min nəfər yaşayır, lakin buna baxmayaraq, avtobus xətti mövcud deyil. Onlar bildirirlər ki, xüsusilə yağışlı və qarlı havalarda yol şəraiti daha da çətinləşir və uşaqların məktəbə getməsi mümkünsüz hala gəlir. Sakinlər küçəyə asfalt çəkilməsini və nəqliyyat probleminin həll olunmasını gözləyirlər. 

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bildirilib ki, vətəndaşlar qəbul edilərək müraciətləri dinlənilib və aidiyyəti qurumların nümayəndələri tərəfindən əraziyə baxış keçirilib. Qeyd olunub ki, şəhərdə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində küçələrin mərhələli şəkildə asfaltlanması planlaşdırılır və həmin ərazi də növbəti mərhələdə nəzərdə tutulur.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, hazırkı yol infrastrukturu ictimai nəqliyyatın təhlükəsiz hərəkəti üçün tam uyğun deyil. Qurumun açıqlamasına görə, yol şəraiti normallaşdırıldıqdan sonra həmin əraziyə marşrut xətlərinin çəkilməsi məsələsinə baxıla bilər. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.