Paytaxtda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNDİ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağlı məlumat daxil olub.
Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq, qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə "dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi" diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ləzzət" unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.
Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.
Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib.
Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.






Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
-
Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Britni Spirslə bağlı QƏRAR: Bu cəza verildi
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Paytaxtda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNDİ - FOTO
-
Aeroport yolunda ağır QƏZA - Ölən var
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO
-
"Met Qala 2026": Ən çox danışılan geyimlər, qeyri-adi dizaynlar... - FOTO
-
Zelenski “sükut rejimi” elan etdi
-
Faciəvi şəkildə ölən qazinin toy görüntüsü: 2 ay əvvəl EVLƏNMİŞDİ - VİDEO
-
Hörmüzdə əməliyyat zamanı İranın məkanına girilməyəcək
-
SDU-nun yeni rektoru kimdir? - DOSYE
-
İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - FOTO
-
Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi
-
Bəhlul Mustafazadədən xəbər VAR
-
Prezident İlham Əliyev İƏT Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişini təsdiqləyib





