Mədəniyyət

Milli xalçalar diqqət mərkəzində - VİDEO

16 Sentyabr 2021 13:30
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada Azərbaycan xalçalarının ixracı ilə bağlı dəyirmi masa keçirilib

Moskvada Heimtextil 2021 beynəlxalq sərgi çərçivəsində "Azərbaycan xalçalarının ixracı. Azərbaycan xalçalarının və tekstilinin Rusiyada populyarlaşması adlı dəyirmi masa keçirildi. Rusiyadakı Ticarət Nümayəndəliyimizin təşəbbüsü ilə təşkil edilən tədbirdə Azərbaycan və Rusiyadan dövlət nümayəndələri, xalça və tekstil istehsalçıları, ekspertlər, dizaynerlər, sənətşünaslar iştirak etdi.

Milli.Az Real TV-yə istinadən bildirir ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbiri açaraq Azərbaycan xalçaçılığının tarixindən danışdı. Bildirdi ki, Azərbaycan xalçalarının ilk partiyası tezliklə Rusiya bazarına daxil olacaq və Yekaterinburq, Tatarıstan, Sankt -Peterburq kimi şəhərlərdə milli xalçaların sərgiləri və satışları təşkil olunacaq.

Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının İstehlak Bazarının İnkişafı Şurasının sədri Aleksandr Borisov isə Azərbaycanın tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə etməyə imkan verən bu cür müzakirələrin əhəmiyyətini vurğuladı.

Dəyirmi masa çərçivəsində "Azərxalça" nın nümayəndələri, eləcə də digər dizayner mütəxəssislər tarixi incəsənətin müasirliklə tandem təşkil etməsi, xalçaların müasir yeniliklərə uyğunlaşdırılması istiqamətində fikirlərini bölüşdülər.

Dəyirmi masadan sonra milli xalçalara baxış keçirən iştirakçılar Azərbaycan xalçalarının incəliyi və gözəlliyinə heyran olduqlarını qeyd etdilər.

Nəzərinizə çatdıraq ki, sentyabrın 14-dən Moskvada keçirilən Heimtextil 2021 beynəlxalq sərgi tədbir beynəlxalq sərgi sentyabırın 16-sona yetəcək

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.