Mədəniyyət

Eldar və Nigar "İlin adamı" oldular - YENİLƏNİB - FOTOSESSİYA

7 Fevral 2012 15:55
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:23

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun artıq 11-ci dəfə təqdim etdiyi "İlin adamı" mükafatına layiq görülən "Eurovision-2011" birinciləri Eldar Qasımovla Nigar Camal yaşadıqları xoşbəxtlikdən danışdılar.

Milli.Az-a açıqlama verən duet ortaqları  "Running Scared" mahnısı ilə Avropanın bu  mötəbər yarışmasında vətənimizi birinci etdikdən sonra onlara göstərilən diqqətdən olduqca məmnundurlar.

Nigar Camal: "Xoşbəxtliyi, sevinci görmək qeyri-mümkündür. Bu hissləri çoxları yaşayırlar. Biz isə əsl xoşbəxtliyin nə olduğunun şahidi olduq. "Eurovision"da Azərbaycanın bayrağını bütün iştrakçı dövlətlərdən daha uca zirvələrə qaldırdıq. Baxmayaraq ki, müsabiqədən sonra bir neçə beynəlxalq mükafatlara layiq görülmüşük, amma onların heç birini Azərbaycanımızda "İlin Adamı" seçilməyimizlə müqayisə edə bilmərik. Bizə etimad göstərdikləri üçün təşkilat komitəsinə dərin minnətdarlığımızı ünvanlayırıq. İnşallah, ev sahibliyi edəcəyimiz "Eurovision-2012"də də uğur bizimlə olacaq".

Eldar Qasımov: ""Eurovision" yolu nə qədər çətin olsa da biz birinciliyi qazanmağa müvəffəq olduq. Aldığımız bu dəyərli mükafatı çəkdiyimiz zəhmətə verilən dəyərli qiymət kimi səciyyələndirirəm. Biz vənətimizin seçilməsi üçün çalışdıq, xalqımız da bizi qəhrəman kimi qəbul etdi. Çox xoşbəxtəm. Mən bu hissi doyunca yaşayıram. "İlin Adamı" olmaq bizi bundan sonra daha məhsuldar işləməkdən ötrü həvəsləndirəcək. Yaşasın günü-gündən gözəlləşən vətənimiz!"

Tədbirdən sonra Eldar və Nigar başda Milli Qəhrəman Çingiz Mustafayevin valideynləri, ailə üzvləri  olmaqla tanınmış sənətkarlar - xalq artistləri, kaman ustadı Habil Əliyev, xanəndə Canəli Əkbərov, aktyor Ramiz Novruz və başqalarından xeyir-dua alıb, onlarla xatirə şəkilləri çəkdirdilər.
  
---------
13:54

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan fondun və ANS Şirkətlər Qrupunun təsis etdiyi "İlin adamı" mükafatının təqdimetmə mərasimi keçirildi.

Milli.Az xəbər verir ki, tədbirdə ANS Şirkətlər Qrupunun rəhbərliyi, millət vəkilləri və sənət adamları iştirak ediblər.

Tədbiri ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev açıb və sözü ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayevə verib. S.Mustafayev çıxış edərək bildirib ki, "İlin adamı" mükafatı artıq 11-ci dəfədir ki, təqdim edilməsinə baxmayaraq, ilk dəfədir ki, mükafat bir yox, iki nəfərə verilir. Bu mükafat "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qələbə sevincini yaşadan Eldar QasımovNigar Camala verilir. Onlar bu ada ötən il bütün Avropanı arxada qoyaraq Vətənimizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiklərinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdıqlarına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Azərbaycana gətirilməsi ilə ölkəmizə marağın artmasına səbəb olduqlarına və bununla da Azərbaycanın ümumi inkişafına samballı töhfə verdiklərinə görə layiq görülüblər.

S.Mustafayevin sözlərinə görə, Azərbaycan "Eurovision" müsabiqəsinə çox ciddi yanaşdığını yaxşı nəticələrlə sübut etmişdi.

Mərasimdə qonaqlara "Eurovision-2011" qaliblərinin uğurlarından ibarət videoçarx nümayiş olunub və nəhayət, Eldar Qasımov və Nigar Camal səhnəyə dəvət edilib.

"İlin adamı" diplomları qaliblərə təqdim olunub. Diplomlardan əlavə, Eldar və Nigara məşhur saat şirkəti tərəfindən onlar üçün xüsusi hazırlanmış dəyərli saatlar hədiyyə edilib. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu "İlin adamları"na həmçinin 4 min manat məbləğində pul mükafatı da təqdim edib.

Təqdimetmə mərasimindən sonra Eldar Qasımov və Nigar Camal hamını salamlayıb, təşəkkürlərini bildirdilər.

Daha sonra onlar qonaqlar üçün Azərbaycana qalibiyyət gətirdikləri "Running Scared" mahnısı ifa ediblər.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

----------
15:55

























----------
15:42














----------
14:23





























































Fotolar : Şahin Cavadsoy, APA, Anspress
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.