Mədəniyyət

4 yaşında "Şuşanın dağları" oxudu, 11 il sonra Şuşada "Bayatı-Şiraz" ifa etdi - VİDEO

16 May 2021 14:34
Baxış: 2 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12-13 may 2021-ci il tarixlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" festivalı keçirildi.

"Xarıbülbül" festivalında gənc muğam ifaçısı Kənan Bayramlı tərəfindən "Bayatı-Şiraz" muğamı üstündə Abbas Səhhətin "Vətən" şeiri ifa olundu.

Bu parça illər əvvəl "Qarabağ bülbülləri" ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərimizdə, tədbirlərdə dəfələrlə səsləndirilmişdir və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "Bayatı-Şiraz" muğamını ifa edən Kənan Bayramlı haqda maraqlı məlumat və video əldə edib.

Belə ki, Kənan 4 yaşında "Şuşanın dağları" mahnısını ifa edir. 11 il sonra isə o, Şuşada "Xarıbülbül" festivalında "Bayatı-Şiraz" oxuyur. Qeyd edək ki, onun bu ifası tədbir iştirakçıları tərfəfindən böyük diqqət və sevgi ilə qarşılanmışdı.

Kənan Bayramlı 2006-cı ildə Bakı şəhərində anadan olub. O, hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinifində təhsil alır. 3 yaşından muğamla məşğul olan xanəndə Bülbül adına müsabiqənin ən kiçik laureatı olub.

K.Bayramlı 7-ci Uşaq Muğam müsabiqəsində birinci yerə, Xan Şuşunskinin 100 illiyinə həsr olunan müsabiqədə Qran Pri mükafatına layiq görülüb. O, 2018-ci ildə Bakıda Yuneskonun 43 sessiyasin açılışında Azərbaycan əsilli dünyaca məşhur müğənni Sami Yusiflə eyni səhnəni bölüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.