Mədəniyyət

“Qu gölü”ndə hər iki günə bilet tükəndi - VİDEO

19 Dekabr 2025 16:54
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam "Qu gölü"ndə boş yer qalmamışdı.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Sarayında Akademik Opera və Balet Teatrının təqdimatında dünya balet sənətinin məşhur incilərindən olan Pyotr Çaykovskinin "Qu gölü" baleti "Mariinski" Teatrının aparıcı solistləri tərəfindən tam anşlaqla təqdim edilib.

Odetta - Odiliya obrazını Sankt-Peterburqun "Mariinski" Teatrının prima-balerinası Oksana Skorik, Ziqfrid obrazını "Mariinski" Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov, Rotbart obrazını - Ağamir Mirzəyev, Təlxək obrazını - Miraydın Abdullayev, Pa-de-trua - Ayan Eyvazova, Liana Praga, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları - Liana Praga, Əməkdar artist Elmira Süleymanova, Səbinə Məmmədova ifa edib.

Dekabrın 19-na biletlər qısa müddətdə bitdiyindən, tamaşa ikinci gün də -dekabrın 23-də də təqdm olulanacaq. Amma dekabrın 23-nə olan tamaşaya da biletlər artıq tükənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.