Mədəniyyət

Gecə oxusu: Tufan

31 Yanvar 2012 00:30
0 Şərh     Baxış: 1 086
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Tufan

- Maskanı çıxarmaq? - deyə Bertran Şmidt söhbətə qarışdı.

- Sizə elə gəlir ki, maskanı çıxarmaq həmişə xeyirli olur? Məncə, çox yaxın və mehriban dostlar səmimi olurlar, qalan bütün cəmiyyətdə isə insanların münasibətində əsasən maskalar iştirak edirlər... Əgər bir dəfə təsadüfən, məcbur olub həmişə həqiqəti gizlətdiyimiz adamlara onu danışsaq tez peşman olarıq.

Kristyan Menetrye bir əhvalat danışdı:

- İngiltərədə baş vermiş bir qəzanı xatırlayıram... Şaxta qaz partlayışında uçmuşdu, on iki nəfər qazmaçı şaxtanın bir küncündə salamat qalmışdı... Bir həftə orada qaldıqdan sonra, qazmaçılar gizli işlərini etiraf edir... Onlar belə fikirləşiblər: "İndi ki, ölürük qoy ürəyimizi boşaldaq". Sonra gözlənilməz bir vəziyyətdə xilasedilirlər... Qazmaçılar bir daha görüşmək istəmirlərmiş... Özü barədə çox şey bilən adamlardan hər biri uzaq qaçırmış. Maskalar yenidən taxılmış cəmiyyət xilas edilmişdi.

- Bəli, - deyə Bertran təsdiq etdi. -  Belə əhvalatlar olur. Yadımdadır. Afrikaya səyahətim zamanı tükürpədən bir etirafın şahidi olmşuam.

O, boğazını təmizlədi və tərəddüdlə bizə baxdı. Qəribə burasıdır ki, Bertran camaat qarşısında çox çıxış etsə də utancaq adamdı. O, yersiz söhbət edəcəyindən qorxurdu. Ancaq həmin axşam heç kimin mane olmadığını görüb söhbətə davam etdi:

- Yəqin ki, mənim 1938-ci ildə Fransa Cəmiyyətinin xahişi ilə mühazirə oxumaq üçün Fransanın Qərbi və Ekvatorial Afrikasını və dənizin o üzündəki başqa yerləri gəzdiyim yadınızda deyl. İngiltərənin, Fransanın, Belçikanın müstəmləkələrini (o vaxt hələ müstəmləkə deyirdilər) gəzdim, peşman olmadım. Bu yerlərə gedən az olur, yerli təşkilat işçiləri adamı şah kimi, yaxud, elə daha yaxşısı mehriban dostkimi qarşılayırlar... Əhvalatın baş verdiyi balaca paytaxtın adını sizə demək istəmirəm, çünki haqqında danışacağım adamlar sağdırlar. Mənim qəhrəmanlarımın biri əlli yaşlarında, səliqəli, ağ saçlı qubernator, ikincisi isə onun cavan, sarışın, qaragöz, deyib-gülən arvadıdır. Söhbətin dolaşıq olmaması üçün onları şərti olaraq Busardlar adlandıraq. Onlar məni öz saraylarında qəbul etdlər. Bu, qırmızımtıl, qayaların arasında tikilmiş kazarma üslubunda qəşəng bir mülk idi: yüksək zövqlə bəzədilmişdi. Onların evində iki gün yaxşı istirahət etdim. Salonun ortasında yerə sərilmiş pələng dərisinin üstünə eben ağacından düzəldilmiş pələng dərisinin üstünə eben ağacından düzəldilmiş bir masa qoyulmuşdu. Masanın üzərində "Nuvel revü fransez", "Merkur dö frans" və təzə romanlar vardı. Evdə yaradılmış səliqəyə görə qubernatorun köməkçisi gənc leytenant Düqası təriflədim.

-  Düzü, xoşunuza gələn bu şeylərdə mənim əməyim yoxdur, bunlar madam Busardın işidir. Kitablar və güllərlə o məşğul olur.

- Yoxsa, madam Busard ədəbiyyat adamıdır? - deyə soruşdum.

-  Əlbəttə. Nə əcəb özünüz başa düşməmisiniz... Jizel, biz onu öz aramızda belə sadə adla çağırırıq, Sevrdə Ekolnormalı bitirib.

Qubernatora ərə getməzdən əvvəl Lionda ədəbiyyatdan dərs deyirdi. Qubernator məzuniyyətdə olduğu vaxt ona yenidən rast gəlib. Ona görə yenidən deyirəm ki, onlar əvəlcədən bir-birlərini tanıyırlarmış. Jizel sahibin ən yxaın dostlarından birinin qızıdır. O, qızı sevib, qız da onunla buraya gəlməyə razı olub. Demə, Jizel özü də çoxdandır onu sevirmiş.

- Axı, yaşları çox fərqlidir?

- O vaxtlar qubernator çox cazibədar olub. Evlənməzdən əvvəl onu tanıyanlar söyləyirdilər ki, istədiyi qadını ələ gətirirmiş... İndi qocalıb.

- Bu cür evlənmiş adamın günü qara olur.

- Məsələ təkcə evlənməkdə deyil. Onun həyatı həmişə əziyyətli olub... Otuz il Afrikada işləyib... İqlimin ağırlıığ, daimi narahatlıq əziyyətli iş...Bizim sahib çox nadir adamdır. O il əvvəl o buraya gələrkən ətraf meşələrdə vəhşi qəbilələr yaşayırdı. Onlar aclıqdan qırılırdılar. Aralarındakı cadugərlər onları bir-birini öldürməyə, arvadlarını, uşaqlarını oğurlamağa, öz bütlərinə insan qurbanları kəsməyə vadar edirdi... Sahib onları sakitləşdirdi, bir yerə cəmlədi, başa saldı ki, onlar bu torpaqda kakao becərə bilərlər. Altı il sonra meyvə verəcək bir ağacın əkilməsini, gələcək haqda təsəvvürü bu adamlara aşılamaq, inanın ki, çox çətin məsələdir.

- Onlar öz azadlıqları, asudə, tənbəl həyatları üçün darıxırlar? Qubernatora necə münasibət bəsləyirlər?

- Sevirlər, lap pərəstiş edirlər... Bu yaxınlarda onunla yarımvəhşi qəbilələrdən birinə getmişdim. Qəbilə başçısı onun qarşısında diz çöküb dedi: "Sən məni tənbəl bir oğul kimi məzəmmət etdin. Çox yaxşı elədin... Məni ayıltdın... İndi varlanmışam..." Ağıllı camaatdır, özünüz görərsiniz, əgər düzgün rəftarı bacaran olsa onları öyrətmək asandır. Onların hörmətini qazana bilmək üçün peyğəmbər kimi müqəddəs bir adam olmaq lazımdır.

- Sizin sahib necə, müqəddəs adamdır? - Leytenant gülümsəyərək mənə baxdı.

- Müqəddəs necə adama deyərlər?

- Bilmirəm... günahsız, təmiz adamlara.

- Hə, sahib də belə adamdır. Onun heç bir eybi yoxdur, iradəsiz adam deyil, heyf, bircə zəif cəhəti var... O, şöhrətpərəstdir, amma öz şöhrətinin yox, işin naminə çalışır... O idarə etməyi sevir, istəyir ki, daha böyük sahələr onun hakimiyyəti altında olsun.

- Maşal Lyotey də deyirmiş: "Mərakeş? Bu ki balaca kənddir... Mənə bütün yer kürəsi lazımdı!"

- Elədir, sahib bu balaca planetimizi idarə etmək istərdi...

Həm də başqalarından yaxşı idarə edərdi.

- Axı, sizin müqəddəsiniz əvvəllər donjuanlıq edib?

- Müqəddəs Avqustun özü də onun kimi olub. Gənclik illərində olan şeydir... Evlənəndən sonra nümunəvi ər olub... İndiki vəziyyətində o qədər imkan var ki... Hələ mən onun kölgəsi olsam da...

- Siz həmin imkanlardan istifadə edirsinizmi?

Mən nə qubernatoram, nə müqəddəs, nə də evli... Arxa planda olmağıma sevinirəm... Yaxşısı budur sizin səyahətinizdən danışaq, əziz cənab. Sabahkı səfərinizdə qubernatorun sizi müşayiət edəcəyini bilirsinizmi?

- Qubernator məni öz şəxsi təyyarəsində aparmağı təklif edib.

Dediyinə görə, özü də sahili gəzməli, hansı bir abidəninsə açılışında iştirak etməlidir... Siz də gedəcəksinizmi?

- Xeyr... Siz və qubernatordan başqa, ərinin cəngəlliklər üzərində tək uçmasına razı olmayan madam Busard, təyyarəçi və yerli qarnizonun komendantı podpolkovnik Anjel təyyarədə olacaqlar. Anjel qubernatorla birgə yerləri yoxlamağa gedir.

- Mən onu görmüşəm?

- Zənnimcə yox, amma xoşunuza gələcək. Qızıl kimi adamdır, hazırcavabdır... Hərbi işdə də əsl asdır. Əvvəllər kəşfiyyatçı zabit kimi Mərakeşdə işləyib, sizin marşal Lyoteyin şagirdlərindəndir...Bu yaşda podpolkovnikdir, gözəl gələcəyi var.

- Sizcə, səyahət uzun çəkər?

- Yox, canım! Deltaya qədər bir saat cəngəlliyn üstü ilə uçacaqsınız, sonra yüz kilometr plyajın üstü ilə uçub çatacaqsınız. Sarayda axırıncı naharımız çox şən keçdi. Səfərə hazırlığı təşkil etmək üçün Anjel də dəvət edilmişdi. O, podpolkovnik olsa da, kapitana oxşayırdı. Üzdən də, ürəkdən də cavan idi. Çox, həm də yaxşı danışdı. Söhbətində gah paradoksallıq duyulurdu, gah kəskinlik. Lakin yüksək mədəniyyəti həmişə hiss olunurdu. Yerlilərin adətləri, totemləri və tabuları haqda qubernatordan çox bilirdi. Qəribə burasıdır ki, söhbət zamanı madam Busad ona kömək edirdi. Qubernator aludəliklə arvadına qulaq asır, hərdən də gözünü mənə zilləyib arvadının necə təsir bağışladığını öyrənmək istəyirdi. Nahardan sonra o, Anjeli və Düqası götürüb, bəzi vacib məsələləri həll etmək üçün öz otağına keçdi. Mən Jizellə tək qaldım. O, işvəli qadındı, mən isə belə şeylərdə zəiflik göstərənəm, elə ki, səmimiyyətimə inandı, podpolkovnik haqda məni suala tutmağa başladı.

- Onun haqda nə fikirdəsiniz? Siz yazıçısını gərək belə adamlar xoşunuza gəlsin. Biz onu çox istəyirik. Ərim lap başına and içir. Mənə elə gəlir ki, buraya sürgün olunmuşam. Anjel isə özü ilə Fransanın və dünyanın nəfəsini gətirir... Əgər imkanınız olsa deyin əzbərdən şer söyləsin... Bu adam canlı antologiyadır.

- Yaxşı oldu, təyyarədə vaxtımızı şən keçirərik.

- Yox, - deyə Jizel etiraz etdi, - təyyarədə pərlərin səsindən heç nə eşitmək olmur. Saat ona yaxın qubernatorla podpolkovnik yanımıza qayıtdılar. Lakin həmin saat ayrılmalı olduq, çünki sabahkı səfərimiz istiyə düşməmək üçün saat dördə təyin edilmişdi. Qara dərili xidmətçi məni oyadanda hava yaxşı deyildi. Qərbdən güclü külək əsirdi. Mən təyyarə ilə min kilometrlərlə yol keçmişəm, ona görə də təyyarəyə minəndə, azacıq da olsa, narahat olmuram. Amma bu ucsuz-bucaqsız çəngəlliklər üzərində uçmağı xoşlamıram, çünki buralarda yerə enmək olmur, əgər təsadüfən etməyə imkan tapsan da, xilasedicilərin sən tapacağına ümid bağlama. Mən səhər - nahar üçün aşağı düşəndə Düqas masa arxasında idi.

- Hava yaxşı olmayacaq, - o narahatlıqla dilləndi. - Təyyarəçi səfəri təxirə salmaq istəyirdi, sahib razı olmadı; o deyir ki, öz bəxtinə inanır, həm də hava bürosunun məlumatı çoxt vaxt yalan çıxır. Kaş elə olsun, mən özüm bu axşam Bakokada mühazirə oxumalıyam. Qəza gözlənildiyi vaxt gəlmir. Bir az sonra qubernatorla arvadı qəbul otağına endilər. Qubernator ağ hərbi paltar geymişdi, ordenlərini də taxmışdı. İdman paltarı geymiş yaraşıqlı madam Busard elə bil onun qızı idi. Hələ yuxusu dağılmamışdı, az danışırdı. Təyyarə meydanında (meşənin içində qırılıb təmizlənmiş böyük talada) podpolkovniki gördük. O, kinayəli bir təbəssümlə tufanqabağı qaralmaqda olan səmaya baxırdı.

- Sent Ekzüperinin dağ üzərindəki hava boşluqlarını necə təsvir etdiyini xatırlayırsınızmı? - deyə o mənə müraciət etdi. - Meşə üzərindəki hava boşluqları daha pisdir. Özünüz görəcəksiniz. Rəqs eləməyə hazırlaşın... Siz gərək qalaydınız, madam, - deyə o, madam Busarda tərəf çevrildi.

- Elə söhbət yoxdur, -  deyə madam qətiyyətlə cavab verdi.

- Əgər hamı qalırsa, mən də qalıram; hamı gedirsə, mən də gedirəm.

Təyyarəçi qubernatorla salamlaşıb onu bizim dəstəmizdən ayırdı. Hiss edirdim ki, səfəri təxirə salmaq üçün qubernatoru dilə tutur, amma müqavimətə rast gəlirdi. Bir az sonra qubernator bizə tərəf gəldi və soyuq-soyuq dedi:

- Getmək lazımdır.

Bir neçə dəqiqə keçmiş biz sıx meşənin üzəri ilə uçurduq. Motorun səsindən heç nə eşitmək olmurdu. Külək meşəni taxıl zəmisi kimi dalğalandırırdı. Madam Busard gözlərini yummuşdu. Yolda oxumaq üçün kitab götürmüşdüm, təyyarə elə bərk silkələnməyə başladı ki, kitabı örtməli oldum. Biz meşənin üstü ilə təxminən min mer hündürlükdə qara buludların arası ilə uçurduq. Güclü yağış təyyarəni döyəcləyirdi. Hava ağır idi. Adam boğulurdu. Hərdən təyyarə boşluğa düşür, qalın hava qatı üzərində elə güclü təkanla qərar tutrdu ki, qanadların salamat qalacağına inanmırdım.

Bu dəhşətli səfər haqda çox danışmaq istəmirəm. Get-gedə güclənən tufanı, yüz oyundan çıxan təyyarəni, tez-tez çevrilib bizə baxan təyyarəçinin qorxu dolu gözlərini özünüz təsəvvürünüzə gətirin. Qubernator əhvalını pozmurdu, arvadı isə hələ gözlərini açmamışdı. Bu vəziyyətdə bir saatdan çox uçduq. Birdən podpolkovnik qolumdan tutub məni illüminator a tərəf çəkdi.

- Bir baxın! - deyə qulağıma qışqırdı, - dənizin suyu qalxıb daha delta görünmür.

Doğrudan da, gözümüzün qabağına çox qəribə əhvalat baş verirdi. Ağacların qurtardığı yerdə sudan başqa heç nə görünmürdü. Hər yan su idi. Elə bil dənizə sarı palçıq qatmışdın, su sapsarı idi. Güclü külək dalğaları ağaclara çırpırdı... Deyəsən, meşənin də bir hissəsini su basmışdı. Plyaj suyun altında qalmışdı. Təyyarəçi bir vərəqə xırda qeydlər etdi, çevrilib onu podpolkovnikə verdi. Anjel vərəqi mənə göstərdi.

- İstiqamət itib. Radio işləmir. Bilmirəm hara enim!

Podpolkovnik qalxıb təkandan səndələyərək kreslolardan tuta-tuta kağızı qubernatora apardı.

- İstiqaməti dəyişib geri qaytımaq üçün yanacaq çatarmı?

Podpolkovnik gedib təyyarəçidən soruşub qayıtdı.

- Yox, - deyə sakitcə cavab verdi.

- Onda qoy ensin aşağı, bəlkə bir ada, yaxud hələ tamam batmamış torpaq sahə tapdı. Yeganə ümidim buna qalıb. (Sonra, təzəcə gözlərini açmış arvadına tərəf döndü). Qorxmayın, Jizel, dənizdə qabarma var, indi bir yer tapıb enərik. Tufan sakitləşəndən sonra köməyimizə gələrlər.

Jizel bu qorxulu xəbəri elə sakitliklə və təmkinlə qarşıladı ki, mat qaldım. Təyyarə lap aşağıya endi. Nəhəng sarı dalğaları və bulaşıq duman arasından görünən, küləyin ikiqat əydiyi ağacları aydın görürdüm. Təyyarəçi menə ilə dənizin birləşdiyi xətlə uçur, enmək üçün tala, yaxud sahildə, kiçicik də olsa, quru yer axtarırdı.

Mən dinmirdim, amma fikirləşirdim ki, sağ qalacağımıza ümid yoxdur.

- Axı, nədən ötrü? - deyə düşündüm. - Niyə özümü bu cəhənnəmə salmışam? İki yüz, yaxud üç yüz laqeyd tamaşaçının qarşısında mühazirə oxumaq üçünmü?.. Yox, bu səfərlərin heç kimə xeyri yoxdur!.. Bir də ki, hamısı sözdür. Əcəlin yetdi, ölməlisən. Burada olmasa, Paris ətrafında yük maşınının altına düşə bilərdim, xəstəlikdən yaxdu qərəzsiz atılmış güllədən ölə bilərdim...

Görək nə olur?! Elə bilməyin ki, öz təmkinimi təsvir edib lovğalanıram. Sözün doğrusu, hamı kimi mən də elə güclü ümidlə yaşayıram ki, ölüm bir addımlığımızda olsa da öləcəyimə inanmırdım.

Şüurum ölümün yaxınlaşdığını söyləsə də, bədənim onunla razılaşmırdı. Podpolkovnik gedib təyyarəçinin yanında əyləşmişdi, onunla bərabər gözünü sarımtıl okeana zilləyib, enmək üçün yer axtarır. Əlini uzatdığını gördüm, təyyarə yana döndü. Podpolkovnik arxaya çevrildi; indiyə qədər qaşqabaqlı görünən sifəti işıqlanmışdı.

- Balaca bir ada görürəm, - dedi.

- Torpaq parçası enmək üçün kifayət edərmi? - deyə qubernator soruşdu.

- Zənnimcə bəs edər. - Bir az keçmiş o öz sözün təsdiq etdi.

- Əlbəttə bəs edər... Enmək lazımdır. Boek.

Beş dəqiqə sonra deltanın su basmış adacıqlarından birinə sonra deltanın su basmış adacıqlarından birinə endik. Təyyarəçinin məharətindənmi, yoxsa xeyirxah təsadüfdənmi təyyarə iki palma ağacının arasında ilişib dayandı. Ağaclar təyyarəni küləkdən bir az qoruyurdu. Külək o qədər güclü əsirdi ki, təyyarədən düşmək mümkün deyildi. Əslində düşməyə ehtiyac da yox idi. Hara getməli idik ki? Sağımız və solumuz yüz metr məsafədə yaş qumluq idi. Qabaqdan da, arxadan da okean bizi əhatə etmişdi. Biz müvəqqəti xilas olmuşduq, buradan sağ çıxmağımız yalnız möcüzə olardı. Belə çıxılmaz bir vəziyyətdə Jizelin iradəsinə heyran olmuşdum.

O nəinki cəsarətli, həm də sakit, şən bir qadın imiş.

- Bəlkə acanınız var? - deyə soruşdu. - Mən özümlə sendviç və meyvə götürmüşəm.

Təyyarəçi də pilot kabinəsindən çıxıb yanımıza gəlmişdi. O məsləhət gördü ki, yeməyi saxlayaq; allah bilir buradan nə vaxt və necə çıxa biləcəyik. O, stansiyalardan biri ilə əlaqə yaratmağa bir daha cəhd etdi, amma cavab gəlmədi. Saata baxdı. Saat on bir idi. Günortadan sonra külək bir az sakitləşdi. Palma ağacları dözə bilmişdi. Qubernator yatdı. Mən özüm də yorulmuşdum. Gözlərimi yumdum, az keçməmiş qəribə bir hissin və qüvvənin təsiri ilə gözlərim qeyri-ixtiyari açıldı. Mən bir-birindən azca aralı dayanmış podpolkovniklə Jizelin necə baxışdıqlarını gördüm. Bu baxışlarda elə bir mehribanlıq, elə bir od vardı ki, onların aşiq-məşuqəolduqlarına şübhəm qalmadı. Onların hərəkətlərində şübhə doğuracaq heç nə görməsəm də nədənsə, dünən axşamdan ürəyimə dammışdı. Tələsik gözlərimi yumdum, elə yorğun idim ki, tez yuxuya getdim. Yuxudan gurultuya ayıldım. Külək təyyarəni elə bərk silkələdi ki, elə bil dayaq qırılmışdı. Soruşdum:

- Nə olub?

- Tufan güclənir, su qalxır, - deyə təyyarəçi acıqla cavab verdi. - Bu dəfə daha ümid yerimiz yoxdur, cənab. Bir saatdan sonra durduğumuz yer... və biz özümüz suyun altında qalacağıq.
O kinayə ilə, lap deyəsən, acıqla qubernatora baxdı və əlavə etdi:

- Mən bretonluyam, allaha inanıram... Gərək dua edəm.

Düqas mənə söyləmişdi ki, siyasi ənənəyə görə, qubernator antiklerikal mövqe tutur, lakin burada ona dəyərli xidmətlər göstərən missionerlərlə münasibəti çox yaxşı idi. İndi o, nə təyyarəçini fikrindən döndərmək, nə də onun kimi dua etmək üçün təşəbbüs göstərmədi. Bu vaxt şaqqıltı eşidildi; külək soldakı palma ağacını sındırdı. Qalan ömrümüzü dəqiqələrlə sayırdıq. Həmin anda rəngi qaçmış Jizel qəribə bir ehtirasla qaçıb gənc podpolkovnikə sıxıldı.

- İndi ki ölürük, mən sənin qolların arasında ölmək istəyirəm.

Sonra ərinə tərəf çevrilərək üzrxahlıq etdi:

- Bağışlayın məni, Erik... Nə qədər ki, yaşayırdıq, heç nə demirdim, sizi kədərləndirmək istəmirdim... İndi isə sizin üçün də, mənim üçün də hər şey, bitib... Daha yalan danışa bilmərəm.

Həyəcanlanmış podpolkovnik ayağa qalxıb özündən çıxmış bu qadını kənar etməyə çalışdı.

- Cənab qubernator, - deyə sözə başladı...

Tufanın uğultusundan cümlənin gerisini eşidə bilmədim. Onlardan iki addım aralıda əyləşmiş qubernator Jizellə podpolkovnikdən gözünü çəkə bilmirdi. Onun dodaqları əsirdi; bilmirəm danışırdı, yoxsa tutulmuş dilini açmağa çalışırdı. Rəngi elə ağarmışdı ki, qorxdum ürəyi getsin. Təyyarə torpağa bircə qanadı ilə ilişmişdi, sağdakı palma ağacına söykənib küləyin qarşısında bayraq palma ağacına söykənib küləyin qarşısında bayraq kimi çırpınırdı.

Ölümə yaxın olduğum belə bir anda İzabel haqda, öz ailəm haqda düşünməli idim, lakin qarşımdakı səhnə o qədər qəribə idi ki, yadıma heç nə düşmürdü. Təyyarəçi irəlidə, arxası bizə dizüstdə dua oxuyurdu. Podpolkovnik elə bil ki yerə bölünmək istəyirdi; nə qollarını açıb onu ağuşuna almağı tələb edən sevdiyi qadından keçə bilir, nə də hörmətini saxladığı rəisinin əzab çəkməsini istəyirdi. Mən isə təkanlara tab gətirə bilmək üçün özümü yığışdırmışdım, bu səhnədən kənarda olmağa, onların gözünə görünməməyə çalışırdım. Əslində, deyəsən, onlar mənim burada olduğumu unutmuşdular.

Qubernator kreslolardan tuta-tuta arvadına yaxınlaşa bildi. Onun həyatını da, xoşbəxtliyini də məhv edəcək fəlakətin qarşısında azacıq da olsa özünü itirməmişdi. Onun yaraşıqlı sifətində qəzəb duyulmurdu, ancaq gözləri nəmli idi. Arvadına çtanda mənə söykəndi, ürəkparçalayan mülayim səslə dedi:

- Mən heç nə bilmirəm, Jizel, heç nə bilmirdim... Qayıt gəl yanımda otur... Jizel! Mən xahiş edirəm... Sizə əmr edirəm. Jizel podpolkovniki qucaqlayıb özünə sıxmağa çalışırdı.

- Mənim məhəbbətim, - deyirdim, - mənim məhəbbətim niyə çəkinirsən? Hər şey bitib... Mən sənin ağuşunda ölmək istəyirəm. Yox, son dəqiqələrimizi həya üzündən qurban vermə... Özün bilirsən ki, sənə həmişə itaət etmişəm... Sən Erikin hörmətini saxlayırdın, onu sevirdin... Mən də sevirdim... Bəli, doğrudan, Erik, mən səni sevirdim!.. İndi isə ölürük!
Təkanların birində haradansa qopmuş dəmir parçası Jizelin sifətini cızdı. Onun üzündən qan süzülüb, incə bir xətt çəkdi.

- "Hörmət saxlamaq lazımdır!" - deyə Jizel acı-acı sözünə davam etdi. - Bu üç sözü mənə nə qədər demisən, əzizim... Biz hörməti ləyaqətlə saxladıq... Bəs indi? İndi hörmət sazlamaq vaxtı deyil, bizə qalan bir neçə dəqiqəni yaşamaq lazımdır.

Sonra boğuq səslə astadan dedi:

- Qorxaq, qorxaqsan! Biz indi öləcəyik... Sən isə burada, bir kölgənin qarşısında donub qalmısan. Qubernator əlindəki yaylıqla mehriban, sərbəst hərəkətlə onun üzündən qanı sildi. Sonra qəmli, lakin ciddi nəzərlərlə podpolkovnikə baxdı, onun gözləridə kin duyulmurdu. Mənə elə gəldi ki o öz baxışları ilə belə demək istəyirdi: "Bu zavallını qucaqlayın. Daha mənim əzab çəkməyə halım yoxdur". Podpolkovnik elə bil yerə mıxlanmışdı, o da sanki baxışları ilə cavab verirdi: "Yox, sizə rəğbətim böyükdür, bağışlayın məni". Mənə elə gəlir ki, Tristanla kral Mark qarşımda şahidi olmamışam. Yalnız küləyin vıyıltısı və dua oxuyan təyyarəçinin mızıltısı eşidilirdi. Kiçik pəncərədən baxanda bomboz səma, tala-tala qara buludalr, aşağıda isə get-gedə yaxınlaşan sarı dalğalar görünürdü.
Külək bir anlıq ama verdi, bayaqdan zabitin mundirindən yapışıb durmuş Jizel qalxa bildi. Vəhşi bir etirasla podpolkovnikin dodaqlarından öpməyə başladı. Zabit bir anlıq ondan aralanmaq istədi, smonra rəhmə gəldi, gözünü qubernatordan çəkib ehtirasla öpüşə cavab verdi. Qubernatorun rəngi daha da ağardı, o, kresloya yaxıldı, deyəsən, huşun itirmişdi. Birdən həya məni bürüdü, gözlərimi yumdum. Biz nə qədər b vəziyyətdə qaldıq? Bilmirəm. Bircə o yadımda qalıb ki, dəqiqələrmi, saatlarmı keçəndən sonra tufanın gurultusu içərisindən motor səsi eşidildi. Bəlkə məni qara basırdı? Qulaqlarımı şəklədim və ətrafıma baxdım. Yoldaşlarım da mənim kimi qulaq asırdılar. Podpolkovniklə Jizel bir-birlərindən ayrılmışdılar. Jizel balaca pəncərədən çölə baxırdı. Ayaq üstə durub qulaq asan təyyarəçi soruşdu:

- Eşidirsinizmi, cənab qubernator?

- Eşidirəm. Təyyarədir?

- Zənnimcə, yox, - deyə təyyarəçi cavab verdi. - Səs motor səsidir, amma təyyarə motoru daha güclü səslənir.

- Yaxşı, bəs nədir? Mən heç nə görmürəm.

- Bəlkə keşikçi gəmidir?

- Burada olduğumuzu necə bilib?

- Bilmirəm, cənab podpolkovnik, amma səs indi aydın eşidilir. Onlar yaxınlaşırlar. Səs şərqdən gəlir, deməli, sahildən... Baxın, cənab podpolkovnik, oradakı boz nöqtəyə baxın! Bax orada, dalğaların üstündə... Kater gəlir.

O, əsəbi bir qəhqəhə çəkdi.

- Aman allah! - deyib Jizel köksünü ötürdü, ərinə tərəf bir addım da atdı.

Üzümü balaca pəncərəyə söykəyib, bizə tərəf üzən kateri lap aydın gördüm. O get-gedə qalxan su ilə mübarizə edir, hərdən dalğaların arasında itir, amma yavaş-yavaş yaxınlaşırdı. Dənizçilər bizə yaxınlaşmaq üçün on beş dəqiqə vaxt itirdilər. Bu oon beş dəqiqə bizə bir ildən çox göründü. Nəhayət, onlar irəliləyib palma ağacına atdıqları qarmağın köməyi ilə bizə yaxınlaşanda ən çətin məsələ katerə keçmək oldu. Külək təyyarəni elə silkələyirdi ki, qorxudan tərpənə bilmirdik. Kater də suda batıb çıxırdı. Nəhayət, təyyarəçi qapını açıb katerə kəndir ata bildi, dənizçilər kəndiri tutdular. Beş nəfərdən heç birimizin dənizə yıxılmadan katerə keçə bildiyimizə indi də təəccüb edirəm. Su keçirməyən plaşlara bürünüb, katerdən təyyarəmizə baxanda dəhşətə gəldik. Kənardan baxanda açıqca göründüyü ki, təyyarə öz əqirbə müvazinətini çox saxlaya bilməz. Jizelin əhvalı azacıq da olsa dəyişməmişdi, heç nə olmayıbmış kimi saçlarını səlimqəyə salırdı. Balaca gəmiyə kapitanlıq edən kiçik rütbəli dənizçi bizə söylədi ki, gözətçi təyyarəmizin buraya endiyini görübmüş. Onlar da səhərdən köməyə gəlməyə çalışırlarmış. Üç dəfə tufan dənizçiləri geri qayıtmağa məcbur edibmiş. Dördüncü dəfə isə birtəhər özlərini yetiriblər. Dənizçilər söylədilər ki, tufan sahildə yerləşən kəndlərdə və Batoka limanında da qəzalar törədib.

Limanda bizi yerlə hakimiyyət orqanının nümayəndəsi qarşıladı. Gənc müstəmləkə məmuru tufanın əmələ gətirdiyi qarışıqlıqdan başını itirmişdi. Qubernator Busard ayağını torpağa qoyan kimi yenidən çevrilib "sahib" oldu. Verdiyi göstərişlərdən bilmək olurdu ki, əsl rəhbərdir. Hərbi dəstələri xilasetmə işinə cəlb etmək üçün ona Anjelin köməyi lazım oldu, hər ikisinin özünü encə apardığın təəccüb edirdim. Onların eyni məqsəd üçün birgə çalışdıqlarına baxanda heç kəsin ağlına gəlməzdi, biri təhqir olunub, o biri isə vicdan əzabı çəkit. Madam Busardı gənec məmurun evinə göndərmişdilər, ev sahibəsi çay hazırladı və öz plaşını qonağa geydirdi. Sonra Jizel özü də işləmək istədiyini bildirdi, yaralılara, uşaqlara kömək etdi.

- Bəs heykəlin açılışı necə, cənab qubernator, - deyə məmur soruşdu.

- Dirilərin hamısını xilas edəndən sonra ölülər haqda fikirləşərik.

Mənim məruzəm haqda heç söhbət də ola bilməzdim. Hiss edirdim ki, baş vermiş əhvalatın iştirakçılarının hər biri tezlilə buradan getməyimi arzulayır. Qərara alındı ki, sonrakı şəhərə qatarla gedim. Gedib madam Busardla xudahafizləşdim.

- Burdan dəhşətli xatirələrlə gedirsiniz! - dedi. Bilmədim o, təyyarə qəzasına işarə edirdi, yoxsa şahidi olduğbum məhəbbət faciəsinə.

* * *

Daha onlara rast gəlməmisiz ki? - deyə Kler Menetrye soruşdu.

- Qulaq asın, - deyib Bertran Şmidt sözünə davam etdi. - İki il sonra, 1940-cı ildə məni də zabit kimi orduya çağırmışdılar. Flandr cəbhəsinə müstəmləkə diviziyalarından birində bir generalın qərargahında Düqası gördüm. O artıq kapitan rütbəsində idi. Bizim qorxulu səfərimizi yada saldı. "Hələ yaxşı qurtarmısınız, - dedi. -  Təyyarəçi bütün macəranı mənə söyləyib... Qubernatora yaman acığı tutmuşdu, deyirdi ki, tufan olacağını yola düşməzdən əvvəl xəbər veribmiş, qulaq asmayıb".

Aralığa çökən ağır sükutdan sonra Düqas soruşdu:

- Deməzsiniz, ustad, həmin gün başqa bir əhvalat baş verməmişdi ki? Məınə bir söz deməyiblər, podpolkovnik Anjelin arasında nə isə bir əhvalat duyulurdu... Podpolkovnikin tezliklə başqa yerə köçmək istədiyini və buna nail olduğunu bilirsinizmi?.. Qəribə burasıdır ki, qubernatorun özü ona bu işdə kömək etdi.

- Burada qəribə nə var ki?

- Bilmirəm... Quberator onu çox istəyirdi... Mənə elə gəlirdi ki, onu getməyə qoymazlar.

- Kim qoymazdı? Jizeli deyirsənmi?

Düqas diqqətlə mənə baxdı:

- İş burasındadır ki, podpolkovnikin getməsi üçün o hamıdan çox çalışırdı.

- Bəs Anjel necə oldu?

- Anjel öz layiqi rütbəsini aldı, polkovnik oldu. İndi tank diviziyasının komandanıdır.

İşğal dövrü başladı. Beşillik mübarizə, iztirab və ümid dövrü. Sonra Paris gözlərimiz qarşısında yenidən canlanmağa başladı. 1947-ci ilin əvvəllərində, bir gün, Elen Tyanj mənə dedi:

- Busardlarla tanış olmaq istəyirsiniz? Bu gün bizdə nahar edəcəklər. Deyirlər, Eik Busard Hind-Çinə baş rezident təyin ediləcək... Görkəli adamdır, doğrudur, bir az soyuqluğu var, amma çox savadlıdır. Keçən il təxəllüslə bir şerlər kitabı nəşr etdirib. Arvadı elə qəşəngdir ki...

- Tanıyarım, -  dedim. -  Müharibədən əvvəl Busard Qərbi Afrikada qubernator olduğu vaxt bir-iki gün onlada qalmışam...

Onları bir də görsəm pis olmaz.

Fikirləşirdim ki, görəsən məni görməklərinə şad olacaqlarmı? Mən ki onların həyatında baş vermiş həmin qəribə əhvalatın yeganə şahidiyəm. Elə bu fikirlə naharda iştirak etməyə razı oldum. Doğrudanmı müharibə və ağır günlər məni tanınmaz edibmiş? Busardlar əvvəlcə məni tanımadılar. Onlara tərəf gedəndə hər ikisi çaşmış halda, nəzakətli baxışları ilə Elendən kim olduğumu soruşdu. Elen məni təqdim etdi. Quburnatorun eyni açıldı, arvadı gülümsəyərək dedi:

- Əlbəttə, yadımdadır. Siz Afrikada qonağımız olmusunuz.

Süfrə başında madam Busardla yanaşı oturmuşduq. Söhbət vaxtı bu üzərində addımlayırmış kimi çox ehtiyatkarlıq edirdim. Nəhayət, onun çəkinmədiyini, özünü sərbəst apadığını görüb mən də ürəkləndim və deltadakı tufandan söhbət saldım.

- Hə, doğrudan, - dedi, axı siz də bu ağılsız səfərdə iştirak edirdiniz... Çox qəribə macəra idi! Aza qala hamımız həlak olmuşduq.

Yandan ona xörək təklif etdikləri üçün bir anlıq susdu, sonra təbii sadəlövhlüklə davam etdi:

- Anjeli tanıyırdınız... O bədbəxtin ölümündən xəbəriniz varmı?

- Xeyr, xəbərim yoxdur... Müzaribədə ölüb?

- Bəli, İtaliyada... Monte Kassino döyüşlərində diviziya komandiri imiş, döyüşdə həlak olub... Çox təəssüf, yaxşı gələcəyi vardı... Ərim onu çox istəyirdi. Mən təəccüblə ona baxırdım, fikirləşirdim ki, görəsən öz sözləri ilə məni heyrətə gətirdiyini almışdı, yad adamın ölümü haqda danışan adamlar kimi bir az qüssələnmişdi. Onda mən başa düşdüm; maska sifətə elə möhkəm bağlanmışdı ki, lap qaynayıb dəriyə qarışmışdı. Jizel əhvalatdan xəbərdar olduğumu unutmuşdu.

Tərcümə: H. Qoca

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.