Mədəniyyət

Alim Qasımov: “Cıdır düzündə festivallar təşkil edəcəyik”

6 Yanvar 2021 18:29
Baxış: 926
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi çox gözəl qərardır. Nə qədər imkanımız var, Şuşada mədəniyyət evləri, institutlar yaratmalıyıq".

Milli.Az bildirir ki, bunu azvision.az-a açıqlamasında Xalq artisti, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Alim Qasımov deyib.

Xanəndə Şuşadan bir neçə gün öncə qayıtdığını bildirib:

"Cıdır düzündə festivallar təşkil edəcəyik. Oranı ikinci paytaxta çevirəcəyik. Ölkəmizə gələn qonaqlar və vətəndaşlarımız bu şəhərdən mənəvi zövq almalıdırlar. Özüm də 3-4 gün bundan öncə Şuşada oldum. Əsgərlərimizlə, polis və komandirlərimizlə söhbətləşdim. Şəhəri yenidən dirçəldəcəyik. Bundan sonra Şuşadan Azərbaycan mədəniyyətinin qoxusu gələcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.