Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alim Qasımov: «Onları toya apardım, dedilər burada adam dəli olar»
3 May 2010 10:10
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Muğam dərsi deyənlər özləri muğam bilmirlər"
- İlahi səsi ilə insanların ruhunu riqqətə gətirən, milyonların məhəbbətini qazanan böyük sənətkar Alim Qasımovun bu şöhrətin təsirindən başı dumanlanmır ki?
- Əstağfürullah. Elə bilirəm ki, mən, hamının ayağının altındayam. İnanın buna. Hərdən, iraq olsun, belə şeyləri hiss eləyəndə Allaha dua edib deyirəm ki, Allahım, o şeyləri mənə göstərmə, qoyma içimdə bir mənəmlik yaransın, eqoizm qalxsın, təkəbbürlük olsun. Allaha dua edirəm ki, həmişə sadə qalmağıma kömək eləsin. Mənəm-mənəmlik pis şeydir. Mənəmlik insanın içinə daxil olursa, insanı məhv edir.
"Üzərimizə qoyulan yükü daşıyan nökərlərik"
- Deməli, bu hisslər sizdə yaranıb.
- Mən də insanam, peyğəmbər deyiləm. Bu, hamının içində var. Hiss edirsən ki, doğrudan da çoxlarında olmayan istedadı, çoxlarının görmədiyi şeyləri, çoxlarının eləyə bilmədiklərini Allah sənə verib. Onda insanın içindəki şeytan baş qaldırmaq istəyir, amma sən də tez Allaha səcdə edib dua edirsən ki, qoy bu, sirr olaraq içində qalsın. Onsuz da gözəl duyğulu insanlar sənin kim olduğunu deyir. Onların dediyi daha səmimi, daha gözəldir, nəinki özün haqqında danışıb, özünə tərif yağdırasan.
- Müsahibələrinizdə həmişə məhşur olmaq üçün deyil, hamı kimi ailəni dolandırmaq, ev almaq, pul qazanmaq üçün çalışdığınızı qeyd edirsiniz. Deyək ki, bu gün maddi tələbləriniz ödənib. Bəs indi nəyin arzusundasınız?
- Mənə elə gəlir ki, insana nə lazımdır, insan necə olmalıdır, insan harda "bəs" deyəcək kimi şeylər insana dəqiq mexanizm kimi verilməyib. İnsan təbiət kimi gündə min hala düşür. Elə şeylər var ki, ürəkdən istəyir və o da ona həyatda qismət olur. O qismət sonra onu sarsıdır, peşiman olur, yəni onun həyatını daha da korlayır. Bizim istəyimizlə, fikrimizlə həyat qanuniləşmir. Mənə elə gəlir ki, biz səbəbkarıq. Sadəcə, üzərimizə qoyulan yükü daşıyan nökərlərik.
"Bir ucunda yaxşılıq, bir ucunda yamanlıq olan yolun ortasındayıq"
- Alim müəllim, üzünüzdə, gözlərinizdə bir kədər var, taleyinizdən razısınızsa, onda nədən narahatsınız?
- Bizim cismani həyatımızda əzab da var, əziyyət də. Bunlar sonsuzluğa qədər insanla birgə gedir. Amma biz qayğılarla yaşaya-yaşaya çətinliklə də olsa öz mənəvi dünyamızı yarada biliriksə, orda yaşayıb, həmin aləmə daxil olanların faizini çoxalda bilərik. Amma biz insanıq və əfsuslar olsun ki, istər-istəməz daha çox qayğı çəkməyə meyilliyik. İnsanların içində sevinclə kədər qoşa getdiyi kimi, maddiyyatla mənəviyyat da qoşadır. Biz həyatda istəmədən mənəvi tərəfə gedirik və xoşbəxt oluruq. Özümüz xoşbəxt ola biliriksə, hiss edirik ki, tamaşaçılar da o xoşbəxtçilikdən bir az daddılar. İnsan həmişə narahat olmalıdır. Ağılı, duyumu varsa, bu olmalıdır. Narahatçılıq o zaman tam yox ola bilər ki, bütünlüklə Allaha tapınasan. Biz çox vaxt yalnız balaca bir çətinlikdə, şən günlərimiz olanda Allaha dua edirik. Amma bütünlüklə Allaha tapınmaqla mənə elə gəlir ki, insan çətinliyi hiss etməz və ruhani insan kimi mənəviyyatla qayğısız yaşaya bilər. Təəssüflər olsun ki, biz bir ucunda yaxşılıq, bir ucunda yamanlıq olan yolun ortasında, gah o tərfə, gah da bu tərəfə gedirk.
"Mənə qarşı qərəzli olanlara ayağa durub yer verirəm"
- Alim müəllim, istər sənətlə bağlı yaranan problemlərə münasibətdə, istərsə də oxu tərziniz haqqında səslənən iradlara çox soyuqqanlıqla yanaşırsınız. Ətrafda kifayət qədər narahatçılıqlar tüğyan etdiyi halda "nə olar" deyib, keçirsiniz. Belə bir münasibət nədən irəli gəlir. Buna laqeydlik demək olar?
- Kim ki, həqiqi sənətkarı duyub, onu necə görmək istədiyini deyirsə, buna ixtiyarı var. Elə şeylər var ki, orda qərəz olur. Elələri də var ki, sənin sənətindən xoşu gəlir, sənətindən özü üçün dərs götürür, amma cəmiyyət içində sənin əksinə danışır. Bu qərəzlikdir və bunu tamaşaçılar da, uşaq da, böyük də bilir. Qərəzli olan insanlar bununla öz daxili aləmlərini açıb göstərir. O, öz daxilini belə göstərirsə, mən də öz aləmimi qorumalıyam. Amma belə şeylərə qarşı içimdə həyəcan da olur, təlatümlər də başlayır, "get sözünü de" mübarizəsi gedir. Digər səs isə deyir ki, "səbrli ol, haqq yerini tapar, darıxma". Deyirəm yaxşı ki, belə intriqalara getməmişəm. Biləndə ki, o adam mənə qarşı qərəzlidir, mən onu görəndə ayağa durub yer göstərirəm. Sənət aləmində gizli heç nə yoxdur. Bu, zövq məsələsidir. Kimsə deyə bilər ki, mən filankəsi bəyənmirəm. Mənim ixtiyarım yoxdur deyəm ki, necə yəni bəyənmirsən. O səpkidən çıxış edən adamlar özləri də hiss etmədən qərəzlərini ortalığa atırlar. Mən hələ "Səni axtara-axtara", "Dağların başı qara" duetini oxuyanda yaşlı adamlar bir az üstümə qışqırdılar. Allah şahiddir ki, bir kağızı, yarpağı külək necə ora-bura aparıb vurubsa, mənim həyatım da elə olub. Külək məni gah dənizə tullayıb, gah ağacın üstündə asılı vəziyyətdə qoyub, gah da torpağa atıb. Deyim ki, mənim ətrafımda başbilənlərim olub, necə oxuyacağımı fikirləşiblər, yox. Mənim sənətdə etdiklərimi heç kəs fikirləşməyib, planlaşdırmayıb. İnanın ki, Fransaya tar- kamançasız gedib oxumağım da elə oldu. Mən musiqiçilərimdən ayrılmışdım, təzə musiqiçilər tapmalıydım. Dedilər, yox, sən gəlməlisən bura, 15 dəqiqə də olsa oxumalısan. Mənim ağlıma gəlməzdi ki, təkcə dəfnən səhnədə 45 dəqiqə oxuya bilərəm. Rastrapoviç Bakıya gəlmişdi, rəhmətlik Heydər Əliyev də o konsertdə iştirak edirdi. Fərhad müəllim dedi ki, sən orda çıxış eləməlisən. Dedim ki, tar-kamançam yoxdur, necə oxuyacam. Dedi sən nə istəyirsən oxu. Konsertə bir-iki gün qalmışdı, özümdən bir "Bayatı-şiraz" da düzəltdim, oxudum. Bu, qeyri-adi qarşılandı. Yəni mən bunları fikirləşmədən edirdim. Harda çıxış etmişəm, bu cür alınıb. Mən özüm-özümü tərbiyə edirəm ki, Allah, sən məni o dedi-qoduçuluqdan, qısqanclıqdan qoru. Bir gün bir yeniyetmə gəlib öz dövrünün sənətini yaradanda, yenilikdən qorxub deyinməyə başlamayım. Çünki o yenilik də mənim üçün təzə olacaq. Onda məni yada salmayacaqlar, deyinəcəm ki, bəs bu qədər işlər görmüşdüm, nə oldu. Bax, Allah məni o günə düşməkdən saxlasın.
"Muğam deyəndə yadlarına Alim düşür, başqa kimdən danışsınlar?"
- Bəzi sənətkarlar muğam haqqında danışarkən belə fikir bildirirlər ki, muğam oxuyanlar kostyum, qalustuk geyinməli, əl hərəkətləri etməməlidilər. Digər tərəfdən də deyilir ki, siz əslində şamanlıq edirsiniz, muğam oxumursunuz. Uzun illərdən sonra muğamın sizin timsalınızda bu formada müzakirəyə çıxarılması nədən xəbər verir?
- Neynəsinlər? Mövzu başqadır, muğam da deyəndə yəqin Alim yadlarına düşür, başqa kimdən danışsınlar? Sufi məsələsinə gəlincə, mən xarici ölkələrdə də oxuyanda soruşurdular ki, sən dərvişsən, sufisən? Deyirdim vallah mən onların izini bilmirəm. Bu bir yoldur, bu bir məktəbdir. O hisslər mənim içimdə varsa, onu deyə bilmərəm. Onların açarları var. Hətta mən əlimlə hərəkət edəndə, deyirlər ki, bu Allaha bağlılıqdır. Mən belə şeyləri bilmirəm. Bu daxili aləmdən gələn bir şeydir. Ola bilsin ki, o hissimi daxildə yandırmaq üçün mənə mütləq hərəkət lazımdır. O aləmə əziyyətlə getmək lazımdır. Meyit kimi durub oxumaqla ora getmək olar-olmaz, deyə bilmərəm. Hələlik mən bu cür gedirəm. Bəlkə də bu mənim o yolda nadanlığımdır, naşılığımdır ki, muğamı belə oxuyuram. Yəqin ki, yolun sonunda qismət olacaq, daha rahat gedəcəm. Hər şeyin başlanğıcında əziyyət olur da. Kim birdən-birə ustad olub oturub burda və yaxud da camaatın rəğbətini qazanıb? İndi mən durub özümə şaman deyim, sufi deyim, dərviş deyim?
- Deyəsən, belə münasibət əvvəllər də olub. Amma xalqın sevgisilə əriyib...
- Burda xalqın sevgisi də var. Amma elə insaflı adamlar da var ki, öz içində haqqı, ədaləti götür-qoy edə bilir. Qərəzçilik, içində şeytanın olması deməkdir. O şeytan hamının içində var. Elə mənim içimdə də var. Öləndə ondan xilas olmaq mümkün olar.
- Alim müəllim, siz muğam oxuyursunuz?
- Yaxşı sualdır. Bilirsiz, insanlar bir-biri ilə hər bir dildə danışa bilərlər və muğamı da bütün Şərq dünyası hərəsi öz dilində oxuyur. Muğamın böyüklüyü, gözəlliyi ondadır ki, onu kim öz hissi, duyğusu ilə yana-yana ifa eləsə, muğam orda cavanlaşır, gözəlləşir və öz təsiri ilə camaatın qəlbinə, ruhuna daxil olur. Mən bu formada muğam oxuyuram. Amma muğamın tədris edilməsi tərəfi var. Muğamı tələbəyə belə öyrədirik, amma o gələcəkdə necə oxuyacaq, artıq bu, onun yaradıcılığına baxır. Tamaşaçı üçün maraqlı deyil ki, o muğama necə gəlib, necə dərs keçib. Tamaşaçı konsertə zövq almağa gəlir. Tamaşaçıların içərisində ola bilsin ki, 5 faiz muğamın dəqiq çalarlarını bilənlər var. Bəs onda 95 faizi neyləsin? Onların təqsiri nədir? Ona görə də mən muğamı təxminən onların və öz qəlbimin dili ilə oxuyuram. Kimlərsə də qərəzlə deyir ki, mənim oxuduğum muğam deyil.
"Bu, Allahla çox gözəl bazarlıq oldu"
- Alim müəllim, namaza nə vaxt başlamısınız?
- İlini deyə bilmərəm, Şamaxıda meşədə uşaqların toyunu eliyəndən sonra. Toydan sonra möhkəm yağış yağdı. Bizə verdiyi bu möhlətə, gözəl nemətlərə görə Allaha dua elədim. Sonra eşitdim ki, Pirquluda bir övliyyə yatır. Ora gəlib ibadət elədik. Elə ondan sonra namazı öyrəndim. Gördüm ki, Allahtəala bacardığımdan çox, eləmədiyim şeyləri mənə qismət elədi, mən də ona minnətdar olmağımı belə bildirdim. Bir balaca boyun var, xeyir ola Allah sənə o gözəllikləri qıyır. Və məcbur oldum ki, Allaha ibadət edim. Yəqin ki, içimdə də insaf, din, iman olub. Əsas odur ki, insaflı ol. İnsaf dinin yarısıdır.
- Belə çıxır ki, Allah sizi yadına saldığına görə, siz də ona borclu qalmaq istəmədiniz və Allahla bazarlıq etdiniz?
- Yox, bazarlıq oldusa da, gözəl bazarlıq oldu. Onsuz da uşaq valideyninin haqqını eyni dərəcədə qaytara bilməz. Maddiyyatı qaytara bilər, amma valideynin uşağa olan məhəbbətini qaytara bilməz. Allahtəlanın insanlara lütfü, məhəbbəti həddən artıq çoxdur. Biz onu qaytara bilmərik və heç vaxt Allahla alver edə bilmərik. Bizim əlimizdən namaz qılmaq gəlir. Hərənin əlindən nə gəlirsə, Allah da onu qəbul edir.
"Görürsən ki, səsin səninlə adam kimi danışır"
- Alim müəllim, oxuyarkən şüuraltı nə isə fikirləşə bilirsiniz. Öz səsinizdən başqa səs eşidirsiniz?
- O anda ki, musiqini hiss edirəm, mənə elə gəlir ki, bu, fikirləşdiyim, məşq elədiyim şey deyil. Musiqi elə həmin anda yaranır. Həm də səsin, sənətin özü də gərək sənətkara qığılcım versin. Hərdən görürsən ki, səsin paklığı ilə daxilin toqquşması olur, gözün yaşarır və eşq alovu çıxır. Sənə bir hönkürmə gəlir. Elə bil səsin ahəngi də sənə düşür. Çox qəribə bir şeydir. Bu da həmişə olmur. Onun özü də bir gözəllik yaradır. Hərdən namaz qılanda da görürsən ki, səsin səninlə adam kimi danışır. İstər-istəməz kövrəldir adamı. Bu, sənətdə də olur. Belə olanda deyirsən hə, gözəldir.
- Özün özünü bəyənmək gözəl hissdirmi?
- Yox. Bu da çox olsa adam qudurar da.
- Hiss, ruh, Allahla təmasda olan insanlar çox vaxt möcuzələrə rastlaşdıqlarını deyirlər, sizdə elə bir şey olub?
- Yox, məndə elə şeylər olmayıb. Möcüzələr mənim həyatımda olub. Düşünürəm ki, mənim özüm kiməm ki, hətta televizorda adımı çəkirlər, tənqid edirlər. Bu özü möcüzədir. Və həyatımın mənim özümə qismət olan ağır, çətin yerləri də var. Amma onlar görünmür. Allahın belə bir qüdrəti var, o, həmişə tarazlıq yaratmaq üçün əzabla sevinci bir yerə qoyub. Mən düşünməzdim ki, bunları edəcəm, həyatımda belə işlər olacaq. Bunlar hamısı mənim üçün möcüzədir. Mən heç nə eləmədim, sadəcə öz işimdə sidqi qəblə, məhəbbətlə alışıb yanmışam. Bəlkə də bu, mənim sənətə olan təmiz eşqimə, məhəbbətimə Allahın verdiyi qiymətdir.
- Mən elə bilirdim ki, təsadüfi adamların səhnəyə gəlib çıxması və layiq olmadıqları adları qazanmaları onlar üçün bir möcüzədir.
- Onu belə deyək də, şah sarayına bir musiqiçi, bir rəqs edən, bir şeir deyən gəlir. Şah da götürür kisəsindən onlara qızıl atır. Bu, həyatda bizim gördüyümüz tərəflərdir. Bizim görmədiyimiz tərəfləri tarix yazır. Əsl sənəti tarix yazır. Görünən tərəfin içində əyləncə var, bir az pis var, bir az əyri var, lap əyrisi də var.
"Yaşlı arvadlar da durub diskotekada oynayır"
- Alim müəllim, deyirlər musiqi məlhəmdir. Sizcə sizin musiqi mənəviyyatlara məlhəm olub, insanı şeytan əməlindən xilas edə bilib?
- Musiqi ruhu təmizləyir, amma eşidilən anda. İnsan musiqinin aləminə düşür, 2-3 saatdan sonra yenə də şeytanla vuruşmaq qalır onun öz öhdəsində. Çox adamlar görmüşəm ki, musiqinin səsindən zövq alır, ürəyi gedir, amma hələ də içində insaf bərqərar olmayıb. Müvəqqəti də olsa, musiqi insanın içindəki şeytanı susdura bilir. Haqq, ədalət, mənəviyyat, əsl musiqi ilə bağlı televiziya və radiolarda söhbətlər getməlidir. Qəbul etməliyik ki, onsuz da şər qüvvələr bizim həyatımızda var. Yeməyimizdə, içməyimizdə, duruşumuzda. Ona görə də, belə şeyləri təzədən çıxarıb televiziyada göstərməyə, reklam eləməyə ehtiyac yoxdur. Bu, haqqı kəsmək kimi bir şeydir. Sovetlərin vaxtında elə mahnılar var idi ki, onları efirə vermirdilər. Biz meyxanaları küçələrdə eşidirdik, onları ekrana buraxmırdılar. Onsuz da bu xalqın içindədir, kimə nə lazımdırsa onu edir. Əvvəl toylarda, mənim xanəndə gedən vaxtlarımda, xanəndələr oxuyub qurtarırdı, şabaş vurulurdu, sonra ağsaqqalar çıxırdı bayıra, meydana meyxana deyənlər girirdi. Küçədə, orda-burda nə qədər uşaq vardısa yığılırdı ora. Bizdən sonra onların da öz toyları başlayırdı. Amma indi xanəndələr qalıb, o biri musiqilər keçiblər başa. Qəribə burasıdır ki, buna qarşı çıxan ziyalıların da oturub-durduğu məclis elə o formada gedir. Deyirlər mən neynim, oğlum, qızım belə istəyir. Baxırsan ki, toyda, palçıq tapdalayan kimi düşüb ortalığa oynayırlar. Görmüşük toy çalınar, bir iki nəfər oynayar, toy aləmi də ona baxar. İndi hamı oynayır, hamı rəqs edir, hamı oxuyur. Belə olmaz. Deyirlər ki, bu, müasirlikdir. Çox gözəl, mən müasirliyi sevirəm. Amma həmin bu müasirlikdən mənəvi zövqü ala bilirikmi? Yox. Hamı çıxır bayıra siqaret çəkir, bu səs-küydən tez çıxıb getməyi düşünür. Toyda gənclər üçün diskoteka edirlər. Cavan uşaqlar da ortada "dik-tak, dik-tak" dingildəyirlər. Görürsən ki, yaşlı arvadlar da durub diskotekada oynayır. Bu, mənəviyyata sığışmaz axı. Xaricdən qonaqlarım var idi, özümlə toya aparmışdım ki, milli adətlərimizlə tanış olsunlar. Otura bilmədilər. Dedilər burada adam dəli olar.
- Camaatımıza nə olub?
- Deyir, qonşu qonşuya baxır, özünü oda yaxır. Tutaq ki, birinin pulu çoxdur kefi belə istəyir. Kefi istəməyən də qoşulur ona. Əşşi onun kefi belə istəyir, sən niyə ona qoşulub özünü bədbəxt edirsən. İndi toylarda muğamı da formal olaraq oxudurlar, zövq almaq üçün yox. Özlərini göstərirlər ki, yəni toyunda iki dənə də xanəndə iştirak etdi. Ağnan qara qarışıb. Camaatın hamısı da zərgər deyil ki, yaxşını pisdən ayıra bilsin. Əvvəl o sənətkarları güc-bəla ilə rayonlardan gətirirdilər. Bizim sənətkarlarımız var ki, ataları onları oxumağa buraxmırdı. Burdan böyük sənətkarlar, bəstəkarlar rayona gedib onları gətiriblər. İndi hamı deyir ki, mən də varam. Əli heç bir iş tutmayanlar gəlib çalğı, musiqi sənətinə daxil olub. Nə var, nə var, burda hökumət qayğısı var, hökumət pul verir, pensiya verir. Ona görə də zövqlər korlanır.
"Tənqid etməyə başlasam, deyəcəklər ki, Alim yaşlaşıb, deyinir"
- Hazırda qəribə tendensiya yaranıb, hansı janrda oxumasından asılı olmayaraq, hamı repertuarına muğamdan da parçalar qatır. Sanki muğam oxuya bilirsə, demək sənətkardır.
- Muğam ifaçısı musiqiyə can verir, qan verir. Muğam oxuyanların çoxusu o duyğu ilə yaşaya bilməz. Əgər televiziya və radioda əsl sənət nümayiş olunsaydı, hamı cürət edib oxumazdı. İndi yerindən duran muğamat oxuyur, o biri də deyir ki, mənə nə olub, mən də oxuyacam. Cavanlarımız var ki, onlara çevir tatı, vur tatı, muğam oxutdururlar. Elələri dadsız inkubator cücələri kimi bir şeydi. Təbiilikdən uzaqdılar. Onların bəlkə də muğam oxumasına neçə il qalıb və bəlkə də heç muğam oxumalı deyillər. Muğam ifaçısı doğulur. Əvvəl biz tarzənlərimizi, kamança çalanlarımızı, xanəndələrmizi barmaqla sayırdıq. Son 5-10 ildə isə çoxalıblar, daha barmaqla saymaq olmur. Zərgər öz lupasını götürüb nəsə demək istəyəndə, deyirlər ki, qısqanır. İndi tənqid eləməyə başlasam, deyəcəklər ki, Alim yaşlaşıb, deyinir. Mən desəm, gərək onda cavanların heç biri oxumasın. Qoy pullarını qazansınlar, maşallah, gündə bir maşın dəyişirlər. Zərgərlik fərdi olduğuna görə, cəmiyyət bunu qəbul etmir. Birinə bir söz desən, qayıdacaq ki, niyə sən buna deyirsən ki, oxumasın. Bu, zövq məsələsidir. Zövq mubahisə olunmur. Heç bilirsiniz Azərbaycanda nə qədər muğam müəllimi var? 30 nəfər. Əvvəllər isə üç nəfər idi. Bu 30 nəfər o muğam müəlimləridir ki, onlar özləri muğam bilmirlər. Nə qədər müəllim var, ondan da çox tələbə var. Nə faydası?
- Sizin də tələbələriniz var?
- Yalandan.
- Bəs niyə götürürsünüz?
- Heç olmasa evdən çıxıram, götürdüyüm muğamları təkrar edirəm. Ordan özüm üçün bir şeylər axtarıram və dərs prosesində özüm də öyrənirəm. Allah şahiddir ki, maaşa görə işləmirəm. Bir yerdə işləməliyəm də.
- İstedadı olmayan tələbəniz sabah oxuyanda deyəcəklər Alim Qasımovun tələbəsidir. Camaat da deyəcək ki, Alim Qasımovdan belə tələbə? Bəs bundan qorxmursunuz?
- Onsuz da deyirlər də. Kim 5-3 gün yanıma gəlirsə, deyir, Alimin tələbəsiyəm. Qorxmuram. Ona görə ki, ağlı olan bilir ki, tələbə gərək tələbə olsun. Müəllim həmişə istəyər ki, öz sənətini korlamasın, öz sənətini kiməsə layiqincə öyrətsin.
"Qadınlar getsinlər onun qəbrini yüz dəfə öpsünlər..."
- Fərqanə xanımdan başqa elə tələbəniz var ki, ondan razısınız?
- Tələbələr var. Amma görürsən ki, səsində o aləm yoxdur. Eləsi var elmi var, səsi yoxdur. Həm də bu azad sənətdir. Mən özüm, Allah ruhlarını şad eləsin, Seyid Şuşinskinin üzünü görməmişəm, onun yaratdığı sənət bacardığım qədər mənim içimdədir. Yavər Kələntərlini, Mütəllimi, Bülbülü görməmişəm. Hacıbaba müəllim mənim müəllimim olmayıb, amma ona şagirdlik eləmişəm. Səs lentləri o qədərdir ki, kim istəsə götürüb, muğamı öyrənə bilər. Bir faktı da deyim, Rübabə Muradova olmasaydı, qızların çoxu oxuyan olmazdı. Qadınlar getsinlər onun qəbrini yüz dəfə öpsünlər, ruhuna yasin oxutsunlar.
"Müsabiqələr lazım deyil, kimin istedadı var, gedib ata-anasına yalvarıb onu alacaq"
- Alim müəllim, bu gün müxtəlif mahnı yarışmaları keçirilir, orada "ulduzlar" axtarırlar. Bu proses sizin üçün nədir?
- Bu axtarış artıq neçə ildir ki, başlayıb. Həmin axtarışdan bu günə qədər kimi ortaya çıxarıblar, birinin adını çəkin. Müsabiqələr lazım deyil, kimin istedadı var, gedib ata-anasına yalvarıb onu alacaqlar. O müsabiqələr gərəksizdir. Və bu qədər çox olması dəhşətdir. Biznesdir də. Görürsən biri butulka satır, biri su satır, bu da biznesini belə qurur. Əvvəllər istedadlar müsabiqələrlə axtarılırdı, özü də o məclisdə sənətkarlar otururdular. O vaxt istəyirdilər ki, sənəti parlaqlaşdırsınlar, amma indiki ulduz axtarışı başqa şeydir. Bizim borcumuz mənəviyyatı camaata aşılamaqdır. Mənəvi söz deyən çıraqlar həmişə öz dövrlərində sıxılıblar. Mənəviyyatı insan özü onun dalınca gedib tapmalıdır. Bizim də borcumuz odur ki, heç olmasa o işığı bacardığımız qədər yandıraq ki, insanlar ona doğru gəlsinlər. Televiziya, radio, qəzet çalışmalıdır ki, ancaq ülvi, insaniliyə aparan işləri göstərsinlər. Şeytani əməlləri gətirib, ailələrə təqdim etmək artıq qərəzli bir şeydir. Bu günlərdə televiziyada kimlərsə kimlərinsə dalınca danışıb, mənim də adım çəkilib. Gəlmişəm dərsə, uşaqlar deyir müəllim, sizin haqqınızda filan sözləri dedilər. Onun danışmağının qarşısını ala bilmirəm, başlayıram oxumağa "Aman-aman, ay aman-aman", uşaq da inadla deyir ay müəllim, gördünüz orda nə dedilər, mən də cavabında yenə oxuyuram "ay aman-aman, aman ey..." Yəni şeytan insanların içində qabarır. Gərək onu qabarmağa qoymayasan.
Tahirə Qafarlı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)