Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... - Maraqlı faktlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün dünya şöhrətli rəssam Tahir Salahovun doğum günüdür. Onun 91 yaşı tamam olur
Milli.Az bu münasibətlə Tahir müəllimi təbrik edir və Kulis.az-a istinadən onunla bağlı maraqlı faktları təqdim edir.
1937-ci ildə atası Teymur Salahov Laçın rayonun birinci katibi vəzifəsinə təyin olunub. Elə həmin il sentyabrın 29-da bolşeviklər tərəfindən şərlənərək həbs olunan Teymur Salahov xalq düşməni kimi güllələnir.
***
Çətin uşaqlıq dövrü keçirən Tahir Salahov gənc yaşlarından afişalar, asfalt üzərində rəsmlər çəkərək ailəsini dolandırmaqda anasına kömək edib.

Moskvanın və Leninqradın Ali rəssamlıq məktəblərinə daxil olmaq üçün imtahan verib uğurlu nəticə əldə etsə də atasına görə hər iki universitetdən kəsdilər.
***
N.S Xuruşovun qəzəbinə tuş gələn rus rəssamı Pavel Nikonov "Geoloqlar" tablosunu məhv etmək istəyərkən Tahir Salahov onu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir.Xuruşşovun hakimiyyəti sona çatandan sonra rəssamı Azərbaycana dəvət edir və tablonu ona hədiyyə edir.

Uzun müddət Moskvada yaşayıb ailəsi ilə Bakıya köçən Tahir Salahovun üzləşdiyi mənzil problemini məşhur mənzərə ustası Səttar Bəhlulzadə həll edir. Səttar yeni inşa olunan "Rəssamlar evi"ndə ona ayrılan ikiotaqlı evi gənc həmkarına bağışlayır.
***
Mətbuatın yazdığına görə, doğma bacısı, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova ilə küsülüdür.
***

Keçmiş şəxsi assistenti və yaxın dostu Mayk Xoukmen rəssamın əsərlərini oğurlayıb. 2018-ci ildə rəssamın qızı Aydan Salahova onun oğurlanmış əsərini lombardda tapıb.
***
İki dəfə rəsmi nikaha girib. İlk dəfə Özbəkistanın xalq artisti, məşhur rəqqasənin qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Aydan, Alagöz və Lara adlı 3 qızı dünyaya gəlib.

İkinci dəfə İ Moiseyev adına Rəqs ansamblının solisti, əslən gürcü çar nəsli Baqrationlardan olan Varvara Salahova ilə ailə həyatı quran Tahir Salahovun bu evlilikdən İvan Salahov adlı oğlu dünyaya gəlib.
***
Rəssamın qızları Alagöz Salahova və Aydan Salahova ataları kimi rəssamdır. Aydan əvvəl bioloq olmaq istəyirmiş, o, atasının təkidi ilə bu sahəni seçir. Alagöz Salahovanın Moskvada "Alagöz" adlı prodüser mərkəzi fəaliyyət göstərir. Aydan Salahova isə bir neçə il bundan əvvəl çılpaq fotoları ilə gündəm olmuşdu.
***

Tahir Salahovun oğlu İvan Salahov da yaradıcılıq sahəsində çalışır o, bərpaçı rəngkardır.
***
Dünya şöhrətli fransız modelyer Pyer Kardin onun haqqında deyib: "Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir".
***
Tahir Salahov müsahibələrinin birində qeyd edir ki, atam işdən gələndən sonra masanın üzərinə bir manat qoyub bizə son dövrlərdə çıxan filmlərdən rəsmlər çəkməyi tapşırır, özü yatmağa gedirdi. Biz üç qardaş iki, üç saat rəsmlər çəkirdik. Bir-birimizin bəhsinə ən yaxşı rəsmi çəkməyə çalışırdıq. Ən yaxşı şəkil çəkən pulu qazanırdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
XƏBƏR LENTİ
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib





