Mədəniyyət

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı

23 Noyabr 2020 10:12
Baxış: 3 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Milli.Az bildirir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, 2-3 gün ərzində aktrisadan xəbər olmayıb. Bu gün qonşuları və yaxınları Fövqəladə Hallar Nazirliyinə, eləcə də polis əməkdaşlarına müraciət etdikdən sonra aktrisanın yaşadığı mənzilin qapısı açılıb. Səfurə İbrahimova evində döşəməyə yıxılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, 81 yaşlı aktrisanın vəziyyətinin hazırda yaxşı olduğu bildirilir. O, uzun müddətdir yaradıcılığına son verib və ictimaiyyət arasına çıxmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.