Böyük Füzulimizin yadigarı mən özüməm...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasından 125 il ötür.
"Qəzəl de ki, məşhuri-dövran ola" - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. "Böyük Füzulimizin yadigarı mən özüməm", - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.
Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri", "Qəzəllər" kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən şairin 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
-
"44" bədii filminin premyerasının vaxtı məlum olub (Foto)
-
Amin Novruzov vəfat etdi
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
XƏBƏR LENTİ
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Şəkidə məşhur əyləncə mərkəzində faciə: İki nəfər öldü - Yenilənib - (Video)
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi





