Mədəniyyət

“Bakı Çempionatı” müsabiqəsi keçiriləcək - FOTO

5 Fevral 2020 19:31
0 Şərh     Baxış: 3 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

9 Fevral Azərbaycan Dövlət Teatr Xadimlərinin Mədəniyyət evində rəqs  üzrə açıq statuslu rəsmi "Bakı Çempionatı" müsabiqəsi keçiriləcək. Müsabiqə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının, eləcə də Jam Group-un təşkilatçılığı ilə reallaşacaq. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

"Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, hind və solo rəqslər nümayiş olunacaq. Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Bununla yanaşı həmin rəqqaslar gələcəkdə Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim edib, ölkəmizin adını zirvələrə qaldıra bilərlər" - deyə bildirdi Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək. 

Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik.

Qeydiyyat üçün əlaqə nömrələri.

[email protected]
+994124971236
+994502502293
+994557079002

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.