Mədəniyyət

Baş İdarənin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində konsert keçirilib

4 Fevral 2020 20:20
Baxış: 2 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri günü münasibətilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib.

Konsertin aparıcısı, tamaşaçıların sevimlisi Humay Muxtarova çıxış edərək gələn qonaqları salamlayaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu münasibətilə hər kəsi təbrik edən aparıcı səhnəyə müğənni Rüfət Axundovu dəvət edib. Populyar sənətçi sevilən mahnıları ilə gələn qonaqlara xoş əhval-ruhiyyə bəxş edib.

Konsertə qonaq qismində qatılan müğənnilər Aynur Dadaşova, Rahidə Baxışova, Türkanə, Vahidə və Elçinin çıxışları böyük rəğbətlə, alqışlara qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.