Mədəniyyət

Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq

2 Fevral 2020 14:51
0 Şərh     Baxış: 2 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında reallaşacaq tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, vaqifsevərlər iştirak edəcəklər.

Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləcək, sonra ədəbi-musiqili proqram olacaq.

Ölkəmizdən də geniş tərkibli heyətin yubiley mərasiminə qatılacağı nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.