Ölkə

Məktəbli avtobusları od qiymətinədir: Günü 12 manat - FOTO

2 Oktyabr 2025 12:22
Baxış: 866
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakıda "məktəbli avtobusları" ("2School") layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.

Milli.Az xəbər verir ki, aylıq abunə haqqının baha olması vətəndaşlar tərəfindən tənqid olunub.

Aylıq abunə haqqının 100 manatdan başladığı deyilsə də, real rəqəmlər daha yüksəkdir.

Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, bir uşaq üçün qiymətlər aşağıdakı kimi olur:

Xırdalan şəhərindən - 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir.

Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən - 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət isə 168 manat təşkil edir.

Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq,  Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq. 

Layihə rəhbərliyindən verilən məlumata görə, qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub. Eyni zamanda, ailədə bir neçə uşaq layihədə iştirak edirsə, ikinci uşağa güzəşt tətbiq edilir.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.