Texnologiya

Köhnə foto və videolarınızı saxlamaq artıq pulsuz olmayacaq

2 Oktyabr 2025 11:14
Baxış: 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Snapchat" istifadəçilərin köhnə foto və videolarını saxlamaq üçün ödəniş almağa başlayacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu qərar xatirələr funksiyasında 5 GB-dan çox məlumat saxlayan istifadəçiləri əhatə edəcək.

2016-cı ildən istifadəçilərə əvvəl dərc edilmiş məzmunu saxlamağa imkan verən "Snapchat" indi bu funksiyanı əlçatan saxlamaq üçün ödənişli yaddaş planları təqdim edəcək. Şirkət bildirib ki, ilkin 100 GB yaddaş planı ayda 1,99 dollar, 250 GB isə 3,99 dollar dəyərində olacaq.

Snap açıqlamasında bu dəyişikliklərin platformadakı əsas istifadəçilərin çoxuna təsir etməyəcəyini, lakin 5 GB-dan çox məlumat saxlayanlardan ödəniş alınacağını vurğulayıb. Həmçinin, limitin aşılması halında, istifadəçilərə 12 aylıq müvəqqəti yaddaş verilməsi və saxlanmış məzmunu cihazlarına endirmək imkanı təmin ediləcək.

Bu yenilik sosial mediada istifadəçilər tərəfindən tənqid olunub. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.