Mədəniyyət

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB - FOTO

14 Oktyabr 2019 15:27
17 Şərh     Baxış: 7 872

15:27

Oktyabrın 14-də Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri BDU-nun binasına gələrək görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademik Vasim Məmmədəliyevin Azərbaycan elminə xidmətlərindən danışıblar.

V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib. O, 1968-ci ildə "Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik, 1974-cü ildə isə "Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olub.

1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından idi. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunub.

Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev "Ərəb dilçiliyi" adlı fundamental əsərində ilk dəfə "ərəb dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib.

Şərqşünas alim İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 41 kitabı nəşr olunub.

Alim elm və xalq qarşısındakı böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına və Prezident təqaüdünə, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb.

Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə edib.

Onun yüksəkixtisaslı kadrlar hazırlanmasında ciddi xidmətləri olub. Alimin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.

Şərəfli ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.

---------

13:53

Oktyabrın 14-də Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulub. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik Vasim Məmmədəliyevin Azərbaycan elminə xidmətlərindən danışıb.

V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib. O, 1968-ci ildə "Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik, 1974-cü ildə isə "Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olub.

1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından idi. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunub.

Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev "Ərəb dilçiliyi" adlı fundamental əsərində ilk dəfə "ərəb dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib.

Şərqşünas alim İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 41 kitabı nəşr olunub.

Alim elm və xalq qarşısındakı böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına və Prezident təqaüdünə, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb.

Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə edib.

Onun yüksəkixtisaslı kadrlar hazırlanmasında ciddi xidmətləri olub. Alimin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.

Şərəfli ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

----------
10:19

Dünən vəfat edən akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum alimlə son görüş sonuncu iş yeri olan Bakı Dövlət Universitetində baş tutuacaq. Vida mərasimi bu gün saat 13-dən 15-dək davam edəcək.

V.Məmmədliyev BDU-nun Şərqşünaslıq kafedrasının müdiri olub.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    vətəndaş · 14 Oktyabr 10:59110

    Allah rəhmət elesin

    Cavab yaz
  • Anonim
    Mahir · 14 Oktyabr 11:22130

    Allah rehmet elesin. Alimlerimizi Bir-bir itiririk. Evezinde ise yalanci alimler coxalir. Yeri cennet olsun.

    Cavab yaz
  • Anonim
    Leyla · 14 Oktyabr 12:2480

    Indi oxudum xeberi nece pis oldum.Allah size rehmet etsin Vasim muellim.Sizin kimi insanlar daha cetin geler dunyaya.

    Cavab yaz
  • Anonim
    Xədicə · 14 Oktyabr 13:1170

    Allah rəhmət eləsin.Yeri cənnət olsun

    Cavab yaz
  • Anonim
    Tam Maxfi. · 14 Oktyabr 13:4080

    Allah rehmet elesin.Allah gunahlarindan kecsin.Yeri cennet olsun. Alimlerimizi bir bir iki iki itiririk.Yerleri bos qalir.Bir azdan bu bosluq ozunu gosterecek.

    Cavab yaz
    • Anonim
      Suzan · 14 Oktyabr 14:0470

      Allah rehmet elesin. Gözel insan. Nur içinde yatasiz.

      Cavab yaz
  • Anonim
    Papatya · 14 Oktyabr 14:0040

    Allah rehmet etsin

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 14 Oktyabr 14:1730

    Məndə onun tələbəsindən öyrənmişdim ərəb dilini.Məkanı cənnəti olsun.

    Cavab yaz
  • Anonim
    asi · 14 Oktyabr 14:5660

    Allah rəhmət eləsin..Əvvəllər verilişi var idi televiziyada..Rəhmətlik nənəm baxırdı həmişə..

    Cavab yaz
    • Anonim
      Arda · 14 Oktyabr 16:4540

      asi xanim, sehv etmiremse, siz Ateistsiniz axi. Sehv etdimse, uzrlu bilin.

      Cavab yaz
  • Anonim
    ALEKS❤ · 14 Oktyabr 16:3170

    Azərbaycan öz dəyərli övladını itirdi....Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    semaxidan · 14 Oktyabr 16:3440

    ALLAH rəhmət etsin

    Cavab yaz
  • Anonim
    Duygu · 14 Oktyabr 17:1670

    Allah rəhmət etsin.Böyük şəxsiyyət idi.Həmişə o efirdə danışanda maraqla qulaq asırdım , o qədər maraqlı danışırdı.Savadlı insanlara hörmətim sonsuzdu.Yeri cənnət olsun.

    Cavab yaz
  • Anonim
    Samire · 14 Oktyabr 17:3060

    Vasim Memmedeliyev pozetiv aurali bir insan idi. Cox aci xeber oldu. Allah o biri dunyasini versin. Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Medine · 14 Oktyabr 18:0240

    Elimizin, evimizin ezizi ve xatirini dunyalar qeder istediyimiz boyuk hem de sade insan Haci Vasim muellim , mekanin Cennet olsun. Qelbimizde daim yasayacaqsiniz .

    Cavab yaz
  • Anonim
    F.S.D. · 14 Oktyabr 19:3040

    Allah rəhmət etsin çox gözəl səsi və ziyalı görünüşü var idi(( belə alimlərin sayının getdikcə azalması acı təəssüf doğurur(( Məkanı cənnət olsun

    Cavab yaz
  • Anonim
    oxucu · 15 Oktyabr 11:5230

    Allah böyük alimimizə qəni-qəni rəhmət eləsin. O, digər dahi alimimiz rəhmətlik müəllifi Ziya Bünyadovla birgə Quranın ərəbcədən Azərbaycan dilinə tərcüməsi mövcud olanların içində ən mükəmməlidir. O, sözün həqiqi mənasında Azərbaycanın ZİYALIsı idi... Məkanı Cənnət, məqamı yüksək olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.