Mədəniyyət

Yazıçı: “Cəmiyyətdə kitaba qayıdış olmalıdır”

1 Dekabr 2018 17:49
0 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində "Ədəbiyyat biliciləri" müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində ötən illərdə keçirilmiş "Ədəbiyyat biliciləri" müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsidir.

Milli.Az bildirir ki, yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, yazıçılar, naşirlər, kitabxana işçiləri kimin necə gücü çatırsa bizim gəncləri, yeniyetmələri kitaba cəlb etməlidir:

"Kitab sahəsində dirçəliş olmalıdır. İnternet bizim həyatımıza daxil olub. İnternetdən aldıqları informasiyalar uşaqların ağlına, kitab isə onların ürəyinə təsir edir. Əgər cəmiyyətimizin inkişafını istəyiriksə, gərək insanları kitaba həvəsləndirək. Təhsil nazirliyi gənclərə, yeniyetmələrə yaxın olmalıdır. Gərək  kitaba maraq yaradılsın. Amma bu tək Təhsil nazirliyinin işi deyil. Problemə kompleks yanaşma vacibdir. Cəmiyyətdə kitaba qayıdış 50-70 faiz olmalıdır. Bunun üçün də ilk olaraq uşaqlardan başlamaq lazımdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.